Həyatını elmə daşıyan insan

Aydın Əbilovun portretinə cizgilər

Ziyalı addır, yoxsa məfhum..? Məncə, nə addır, nə də məfhum!

Ziyalı sözü bir insanın tam mənası olan həyat yolunu göstərən, onu cəmiyyətin fövqünə qaldıran həyatın cəmiyyətin ali insan obrazıdır.

Ziyalı cəmiyyətin nurlu insanıdır. Ziyalı cəmiyyətin görən gözüdür.

Ziyalı cəmiyyətin ən fədakar insanıdır. Həyatını elmə daşıyan insan ziyalıdır. Həyatını xalqın xeyir işinə həsr edən insan ziyalıdır. Həyatını mənalı yaşayan cəmiyyətə, el-obaya faydalı insan ziyalıdır.

Düşünən beyindir Ziyalı.

Atadır - Ziyalı.

Müəllimdir - bir nömrəli Ziyalı.

Şair - ziyalıdır!

Ziyalının arxasınca ancaq xeyili söz danışırlar.

Ağsaqqal sözünün alternativi, məhz ziyalıdır…

Ziyalı olan həyatda yorulmayan insandir. İnsan həyatda yorulursa, ziyalı deyildir, demək.

Ziyalısı olan el-oba öndədir və güclüdür.

Ziyalı dostu olan insan qüvvətli və sevdalıdır həyata.

Həyatımda bir çox insanların zəkasına, düşüncəsinə, səbrinə və dəyanətinə tanış olmuşam.

Səriştəsindən,dostluğundan, ülviyət və ünsiyyətindən yararlandığım müəyyən çərçivdə say seçmə insanlar olub..

Say-seçmə insanların əzmi, çalışqanlığı və məsuliyyəti sayəsində mən də öz həyati kimliyini sərgiləyən insanların əhatəsində plmağdan özümü tam mənası ilə müzəffər sanmışam.

Aydın Əbilov tam mənası ilə həyatın bütün sahələrində olduğu kimi görünən, ziyalı kimi tanıdığım, həyatın məhəbbət və insanlığının özüdür.

Ədəb, mərifət, elm insanda dünyagörüş yaradır.

Dünyagörüşünün yaranmasında ailənin də, məktəbin də cəmiyyətin də həyati-mənəvi dəstəyi danılmazdır. İnsan şəxsiyyətinin formalaşmasının irsi və qeyri-irsi amilləri var. Ən böyük amil isə Yaradanın ona verdiyi idraki,əxlaqi, ruhu və hissi vergisinin təzahürüdür.

Aydın Əbilov şəxsiyyətini tam mənada açmaq çox incə, amma düşündürücü və psixoloji bir məsələdir.

Çox yazılıb haqqında, Azərbaycanın görkəmli alimi Xudu Məmmədov haqqında...

Aydın Əbolovun şəxsiyyəti, şərəf və ləyaqəti, ancaq Xudu Məmmədov kimi alimlərin həyat obrazı ilə müqayisə oluna bilər.

Aydın Əbilov dağlar diyarının, Savalanın sinəsindən qopub gələn bir ziyalıdır. Həyatının böyük hissəsini müəllimliyə və rəhbərliyə həsr etmiş adamdır. Alar kəndi öz tarixi etnoqrafik xüsusiyyətləri, milli-mənəvi tərəfi ilə ölkəmizin hüdudlarından kənarda yaşayan ziyalıları, iş adamları, söz-sənət adamları olan tanınan yurdumuzun ən dilbər guşələrindən biridir.

Şakir Xanhüseynli, Ələddin Əzimli, Bilal Alarlı, Faiq Hüseynbəyli, Elman Gədikli və adını sadalamadığım onlarla iş adamı, elm adamı, dövlət qulluqçusu, məhz Aydın Əbilov şəxsiyyətinin işığında axtarmaq mümkündür.

Aydın Əbilovun ziyalı şəxsiyyəti, onun təvazökarlığı, səbri, biliyi, eyni zamanda: Sadəliyi, canıyananlığı sayəsində mümkün görünür.

Aydın Əbilov 1980-ci ilə qədər öz doğma kəndində orta məktəbin direktoru,12 il isə 1980-ci ildən, 1993-cü ilə qədər Yardımlı rayonunun təhsil şöbəsinə rəhbərlik etmiş və təhsil şöbəsindən öz razılığı ilə gedəndə sonra da Biləsuvar rayonunda İsmətli kəndində 3 il yenə də orta məktəb direktoru işləmişdir. Mənim gənclik illərim Aydın Əbilovun təhsil şöbəsinə rəhbərlik etdiyi illərə düşüb. Nə yaxşı ki, o illərdə Aydın Əbilov təhsilin rəhbəri olub.

Rəhbərlik mənasında tərbiyəvilik simpatiyası çox önəmlidir.

Rəhbərlik simpatiyası, canında, qanında ziyalılıq olan insanlara yaraşır.

Rəhbər elin, obanın dərdini çəkirsə rəhbırdir! Cəmiyyətin işıqlı önünü aça bilmirsə, deməli o təsadüfi olaraq həyata proyeksiya edilib və həmin insanın nəinki cəmiyyət üçün heç özü üçün faydasızdır. Aydın Əbilovun haqqında yazı yazmaq çox çətindir. Onunla söhbət etmək isə nəinki faydalı, olduqca həyatın zövq mənbəyidir.

Haşiyə:

Aydın Əbilov:

"Çox düşünmüşdüm, bəzi toplumlarda insanlar yoxsulluqdan, çətinlikdən yolunu azırlar, amma bizim toplumda insanlar var-dövlətin şıltaqlığından yolunu azırlar".

Aydın Əbilov Bilik xəzinəsidir.

Aydın Əbilov Mərifətin, Ədəbiyyatın, insanlığın ruh xəzinəsidir.

Aydın Əbillov Söz xəzinəsi, düşüncə gücünə sahib Ziyalılığın xəzinəsidir.

6 avqust 2022-ci ildə Bakıda şair Rafail Həbiboğlu, gözəl ziyalı, gözəl müəlim Rəcəb Mahmud və Aydın Əbilovla iki saatlıq görüşümüzdə bir daha Ziyalılığın ülviyyəti ilə qarşı-qarşıya oldum...

Çox sağ ol, Aydın müəllim.

Çox sağ ol, Aydın bəy əfəndim.

Çox sağ ol, El ağsaqqalı.

Çox sağ ol, Aydın baba.

Həyat Yolunda Sizə ancaq cansağlığı arzulayıram.

Sizin "Ömür kitabı"nın səhifələri xalqa açıqdır.

Mən inanıram ki, Sizin haqqınızda kitablar mütləq yazılacaq.

.

Hörmətlə,

Nəsib Abid müəllim-filoloq

Avqust 2022-ci il.

Bakı