Cəlilabadda Göytəpə şəhər bazarında DƏHŞƏTLİ YANĞIN- VİDEO

Cəlilabadda Göytəpə şəhər bazarında yanğın olub.

Rayon sakinlərinin  Musavat.com-a verdiyi xəbərə görə, yanğın saat 15:00-dan başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin ehtimallara görə yanğın qısa qapanma nəticəsində baş verib.

Onu da bildirək ki, bir neçə gündür Azərbaycanın müxtəlif bölgələrində ard-arda yanğınlar baş verir. Həm meşə, həm də digər sahələr alovlara qərq olur. Ermənilər də bu günlərdə Laçın meşələrini, Zabuxdakı evləri yandırırlar. Qarabağdakı erməni xislətindən doğan yanğınların səbəbi məlumdur. Bəs şimal, qərb bölgələrimizdəki yanğınları kim(lər) törədir? Bu təsadüfdür, yoxsa sui-qəsd?...