Ukraynada Ərdoğan - Zelenski görüşü başladı - CANLI YAYIM

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.

Musavat.com xəbər verir ki, hazırda Lvov şəhərinə prezidentlərin görüşü başlayıb. 

Qeyd edək ki, prezidentlər hələlik mətbuat qarşısına çıxmayıblar. Onlar hazırda təkbətək görüş keçirir.


 

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.

Musavat.com xəbər verir ki, o, Lvov şəhərinə çatıb. 

Ərdoğanın heyətində BAYKAR-ın baş direktoru Haluk Bayraktarın da olması diqqət çəkib. Qeyd edək ki, PUA-lar müharibədə fəal rol oynadığından Bayraktar həm Zelenski, həm də Ukrayna xalqı tərəfindən sevilir.

Prezident Ərdoğanı səfərdə, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez, Milli Müdafiə Naziri Hulusi Akar, Kənd Təsərrüfatı və Meşə Naziri Vahit Kirişçi, Ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Rabitə rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Müdafiə Sənayesi sədri İsmail Dəmir, AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik və Baykar baş direktoru Haluk Bayraktar da müşayiət edir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə yollanıb.

Musavat.com xəbər verir ki, onun təyyarəsi Ankaradakı Esenboğa hava limanından yola düşüb.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.