Vüsal Quliyev: “Bu layihə paytaxt və regionlardakı bütün QHT-ləri əhatə edəcək”

“Son 20 gün ərzində regionlara səfərlərimiz çərçivəsində paralel olaraq "QHT ziyarətləri" layihəsini də davam etdirdik”. Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev özünün facebook səhifəsində səsləndirib.

Vüsal Quliyev qeyd edib ki, səfər etdikləri şəhər və rayonlarda əksər qeyri-hökumət təşkilatları ilə görüşlər keçirilib və ofislərinə baş çəkilib: “Onların işçi heyəti və aparıcı üzvləri ilə görüşərək, həyata keçirdikləri layihə və proqramları yerində nəzərdən keçirdik, habelə onları qayğılandıran məsələləri və vətəndaş cəmiyyətinin gələcək inkişaf prespektivlərini müzakirə etdik.

Bəzi görüşlərdə yerli icra hakimiyyəti başçıları da QHT-lərin qonağı oldu”.

Vüsal Quliyev onu da əlavə edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu layihəsi paytaxt və regionlardakı bütün QHT-ləri əhatə edəcək.