Bakı şəhər sakini Alı İsgəndərlinin KİV və hüquq mühafizə orqanlarına ünvanladığı müraciətində Azərsığorta Dövlət Sığorta Şirkəti və şirkətin hüquqşünası Fərid Mustafazadədən şikayətçi oduğu yer alıb.
Həmin müraciəti çüzi ixtisarla təqdim edirik:
““Azərsığorta” şirkəti bizi ələ salır, uzun illərdir sığorta ödənişini verməməkdən və mənimsəməkdən ötrü min oyundan çıxır. “Azərsığorta”nın fırıldaqçılıq ilə məşhur olan hüquqşünası Fərid Mustafazadəni hüquq-mühafizə orqanlarının nəzarətə götürməsini və haqqında tədbir görülməsini istəyirik. Bu adamın ucbatından respublikada ona yaxın adam intihar etmişdir, ailələr dağılmışdır. Bu adamın bəd əməlləri nəticəsində qazilərin dövlətə qarşı narazılığı yaranmışdır. Belə insanlar qəsdən ölkədə Prezidentə və dövlətə qarşı narazılıq yaradırlar ki, çaxnaşma olsun... Araşdırsanız görərsiz ki, dövlətçiliyimizin əsl düşməni məhz belə ünsürlərdir.
Fizuli qaçqını Nərgiz Babayeva 1 ildir ki, “Azərsığorta”ya gəlib gedir, hüquqşünas Fərid Mustafazadə onu süründürərək ələ salır. Qadının ərini 2013-cü ildə “KamAz” maşını vururaq öldürüb. Maşın “Azərsığorta”da sığortalanmışdı, pul hələ 10 il qabaq mərhumun ailəsinə verilməliydi. Lakin bu şirkət çoxlu sayda, kütləvi şəkildə vətəndaşları ələ salaraq pullarını döviyyədə saxladığı kimi bu qadını da ələ salıb pulunu vermədi. Nərgiz mənim qohumumdur, özüm də əlil adamam, biz uzun müddətdir yollarda əsir-yesir olmuşuq ki, həmin pulu bədnam sığorta şirkətindən ala bilək. Lakin bütün Bakıda “aferistliyi” ilə ad çıxarmış Fərid Mustafazadənin sayəsində pul 10 ildir ki, mərhumun ailəsinə ödənilmirdi, müxtəlif bəhanələr gətirilirdi. Mən özüm də dəfələrlə ofisə getmişəm, Fəridə sərt şəkildə bildirmişəm ki, vətəndaşları ələ salmayın, onların pulunu vaxtında ödəyin, get-gəllərə salıb dövlətdən narazılıq yaratmayın. Fərid Mustafazadə “Azərsığorta”dakı maxinasiyalar hesabına o qədər varlaşıb ki, bizi saya salmırdı, hətta təhqir etməkdən çəkinmirdi. Məsələn, o Nərgizi ofisə çağırıb bu qaçqın qadını ələ salaraq maskarad yaratmaqdan belə çəkinmir. O qadına ofisdə deyib ki, “bu gün sabahlığsan, qoca arvadsan, get öl yerində, sən pulu neynirsən, pul bizim kimi cavanlara lazımdı, bir ayağın gordadı, hələ də pul davası edirsən”. Qadının bundan sonra təzyiqi qalxmışdı, biz onu xəstəxanaya apardıq və 3 gün sistem altında qaldı. Bundan sonra mən Fəridə kəskin şəkildə etirazımı bildirdim və Mərkəzi Banka şikayət yazdım.
"Fərid Mustafazadə “Azərsığorta”dakı maxinasiyalar hesabına o qədər varlaşıb ki, bizi saya salmırdı, hətta təhqir etməkdən çəkinmirdi. Məsələn, o Nərgizi ofisə çağırıb bu qaçqın qadını ələ salaraq maskarad yaratmaqdan belə çəkinmir. O qadına ofisdə deyib ki, “bu gün sabahlığsan, qoca arvadsan, get öl yerində, sən pulu neynirsən, pul bizim kimi cavanlara lazımdı, bir ayağın gordadı, hələ də pul davası edirsən”"
Məsələ burasındadır ki, Fərid Mustafazadə fırıldaqçılığı ilə ad çıxarmış, bədnam əməllərinə görə “Azərsığorta”dan qovulmuş departament direktoru Xəyyam Hətəmovun kadrıdır. Fərid Xəyyamla şərik işləyirdi və oğurladıqları pulları yarı bölürdülər. Bu pullar hesabına özlərinə xaricdə çoxlu mal-mülk də almışlar. Nəticədə hüquq-mühafizə orqanlarının müdaxiləsi sayəsində Xəyyam işdən qovuldu, lakin onun sadiq kadrı Fərid Mustafazadə hələ də yerindədir və mənimsəmələri davam etdirir.
Biz “Azərsoğrta” tərəfindən aldadılmış vətəndaşlar, xahiş edirik ki, Fərid Mustafazadənin fəaliyyəti yoxlanılsın. Çoxlu sayda vətəndaşlar aldadılaraq pulları ödənmir, onlar da tez-tez “Azərsığorta”nın binası önünə gəlirlər, etirazlarını bildirirlər.
Konkret olaraq, maraqlanın ki, nəyə görə 2013-cü ildə maşın vuran adamın pulu 10 il gecikdirilib? Onda bütün izlər üzə çıxacaq, sirlər aydınlaşacaq. Milyonlarla pul vətəndaşlara ödənilməli olduğu halda uzun illər dövriyyədə saxlanılır. Vətəndaşlar 5 il, 10 il çabalasalar da, “Azərsığorta”dan qanuni haqlarını ala bilmirlər. Halbuki “Azərsığorta” vətəndaşlardan milyonlarla pul yığır ki, başınıza bir iş gəlsə, həmin pulu sizə avtomatik ödəyəcəyik. Lakin həmin pullar vətəndaşlara ödənmək əvəzinə Xəyyam kimilərin, Fərid kimilərin mafiyasının cibinə gedir.
Mən hüquq-mühafizə və media orqanlarından xahiş edirəm ki, “Azərsığorta”nın bədnam hüquqşünası Fərid Mustafazadənin fəaliyyətinə hüquqi qiymət verilsin”.
REDAKSİYADAN: Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
© 2020 - Created by İLK XEBER.