Universitetlərlə şirkətlər arasında əməkdaşlıq: mövcud durum, qarşıda duran vəzifələr və gözlənilən effektiv nəticələr

Təhsil cəmiyyətin inkişafına fəal təsir göstərən, cəmiyyətdə və ümumiyyətlə həyatda baş verən proseslərin mahiyyətini, müəyyən mənada, özündə əks etdirən bir sahədir. Bütün inkişaf etmiş ölkələrdə təhsilə xüsusi diqqət yetirilməsi, onun strateji əhəmiyyət daşıyan bir sahə kimi götürülməsi də cəmiyyətin həyatında oynadığı bu böyük rol ilə əlaqədardır. Bütün zamanlarda dövrün qabaqcıl adamları təhsili cəmiyyətin, millətin inkişafının əsas şərti saymış, bu istiqamətdə mühüm işlər görməyə çalışmışlar. İnkişaf səviyyəsindən asılı olmayaraq, hər bir ölkədə təhsilin inkişafı ən önəmli məsələ kimi həmişə ön plana çəkilmiş, bu sahədə planlı, məqsədyönlü islahatların aparılması əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Əgər insanlarda belə bir hiss olmasa onlar müasir dövrdə qarşıda duran ən böyük problemi - insanın inkişafını cəmiyyətin inkişaf sürətinə müvafiq qurmağı həyata keçirə bilməzlər. Adətən bu çox çətin funksiyanı həmişə təhsil sistemi öz üzərinə götürmüşdür, çünki iqtisadiyyatda, mədəniyyətdə, elmdə, həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən məktəbdir, təhsildir. Təhsil insanla cəmiyyət arasındakı inkişafın bir-birinə yaxınlaşmasına, istehsalın, elmin, mədəniyyətin yeni səviyyəsinə uyğun olmasına kömək edir.

Müstəqil Azərbaycan dövlətinin hüquqi normativ sənədlərinə və dövlətin tələblərinə uyğun, yeni məzmuna, yeni istiqamətə malik təhsil sistemi yaratmaq sahəsində ciddi axtarışlar aparılır. Belə əsaslara söykənən təhsil sisteminin yaradılması, ümumilikdə, cəmiyyətimizin demokratik inkişafının təməl daşıdır.

Həyatımızda baş verən yeniləşmələr, ictimai-iqtisadi sistemin dəyişməsi, cəmiyyətin demokratikləşdirilməsi istiqamətində görülən ciddi işlər respublikamızda təhsil sisteminin yenidən qurulması ilə bağlı yeni tələblər irəli sürür. Təhsil sisteminin ictimai quruluşun xarakterindən birbaşa asılılığı dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemlərinə xas olan bir sıra əlamətlərin təhsil sistemimizə gətirilməsi zərurətini yaratmışdır. Elmin, texnikanın inkişafı, suverenlik əldə edən dövlətlər ilə dünyanın inkişaf edən dövlətləri arasında bütün sahələrdə inteqrativ əlaqələrin yaradılması, başqa sözlə desək, elmi-texniki nailiyyətlərin beynəlmiləlləşdirilməsi labüd olaraq Azərbaycanı dünya ölkələri ilə, dünya ictimai-siyasi, sosial-iqtisadi, maliyyə-bank strukturları ilə əlaqəyə girməyə sövq etmişdir. Yeni vəzifələr, təhsil sisteminin modernləşdirilməsi ölkənin təhsil sistemində bu vaxta qədər olmayan yeni peşələr üzrə mütəxəssis hazırlığı zərurəti yaratmış, bu isə öz növbəsində Azərbaycanda yeni ali təhsil sistemi şəbəkəsinin yaradılmasına və yeni daha konkret, dar ixtisaslaşmalar üzrə kadr hazırlığına gətirib çıxarmışdır.

Təhsil elə qurulmalıdır ki, ilkin ümumi əsaslardan sonra dar ixtisaslaşma getsin. Çünki müasir informasiya bolluğu şəraitində insanın fəal hafizəsi yalnız dar ixtisas sahəsini əhatə edə bilər. Beləliklə, təhsil bir tərəfdən insanların ümumi rasional dilə malik olmasını, o biri tərəfdən də insanların müxtəlifləşməsini, müxtəlif peşə və ixtisaslar üzrə ixtisaslaşmasını təmin etməlidir. Həm də bu proses elə həyata keçirilməlidir ki, müxtəlif qruplara ayrılmış insanların əldə etdikləri nailiyyətləri əlaqələndirmək və toplamaq mümkün olsun.

Respublikamız müstəqillik əldə etdikdən sonra inkişaf etmiş xarici ölkələrin təhsil sisteminə istinad olunaraq Azərbaycanda özəl təhsil müəssisələrinin yaradılması məsələsi meydana çıxdı. Bu məsələ 1992-ci il dekabrın 16-da təsdiq olunmuş təhsil haqqında Qanunda öz əksini tapdı. Qanunun 13-cü maddəsinin 1-ci bəndində yazılırdı: “Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir". Beləliklə, Azərbaycanda ilk özəl ali təhsil müəssisələri yaradıldı. Hər bir ölkədə özəl təhsil müəssisələrinin bütövlükdə təhsil sistemində özünəməxsus yeri və funksiyaları vardır. Lakin respublikamızda özəl ali təhsil müəssisələrinin hələ də təhsil sistemində əsaslandırılmış və özünəməxsus yerə malik olduğunu və tamamilə aydın dərk olunan müstəqil fəaliyyəti haqqında danışmaq çətindir.

Müqayisə üçün deyək ki, Yaponiyada dövlət büdcəsindən maliyyələşən universitetlər və özəl ali məktəblər əsasən ixtisas sahələrinə görə fərqlənirlər. Ali təhsildə dövlət sektoru ilə özəl sektor arasında rəsmiləşməmiş bir ixtisas bölgüsü getmişdir. O sahələrdə ki, ali təhsil almaq istəyənlər çoxdur, böyük müsabiqə vardır və valideynlər təhsil haqqını ödəməyi öz üzərinə götürürlər, həmin sahələrdə kadr hazırlığı, əsasən, özəl sektorun payına düşür. Məsələn, hüquqşünas və iqtisadçı hazırlamaq üçün dövlət, demək olar ki, vəsait xərcləmir. Lakin o sahələr ki, dövlətin strateji maraqlarına uyğun olsa da, bura axın yoxdur və təhsil haqqını ödəmək istəyənlər çox az tapılır, belə ixtisaslar üzrə kadr hazırlığını dövlət öz üzərinə götürür. Məsələn, fundamental elmlər, texniki elmlər və s.

Azərbaycanda da ali təhsilli kadr hazırlığı ilə bağlı yaranmış problemi bu cür həll etmək olar. Bu da nəzərə alınmalıdır ki, gənclərin geniş təbəqələrinin ali təhsilə olan marağının ödənilməsi onların cəmiyyətdə hörmət və nüfuz qazanmasının, arzusuna uyğun işlə təmin olunmasının mühüm amillərindən biridir. Bu mənada çoxsaylı və müxtəlif amillərin təsiri nəticəsində Azərbaycanda ali təhsilə artan tələbatın ödənilməsində dövlət ali təhsil müəssisələri ilə paralel olaraq bütün parametrlərinə görə o standartlara uyğun olan özəl ali təhsil müəssisələri artıq neçə ildir ki, uğurla fəaliyyət göstərir. Bu təbii bir prosesdir.

Bir fakt inkaredilməzdir ki, hazırda respublikamızda geniş şəbəkəli ali təhsil müəssisələrinin müxtəlif profilli kadr hazırlığı ilə məşğul olması ölkədə geniş kadr istehsalına gətirib çıxarır. Bu, bir tərəfdən bütün insanların maneəsiz olaraq ali təhsil almaq hüquqlarının həyata keçməsinin bariz nümunəsidirsə, digər tərəfdən demokratik prinsiplər üzərində qurulan cəmiyyətdə kadrların seçilib yerləşdirilməsi ənənələrinin yaranması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirdir. Doğrudur, Azərbaycanın hazırkı sosial-iqtisadi və hərbi-siyasi vəziyyəti vətəndaşların təhsillə bağlı konstitusiya hüquqlarının həyata keçməsi üçün real imkanlar yaratmır. Müstəqillik əldə etməsi tarixi o qədər uzun olmayan və yuxarıda qeyd etdiyimiz problemlərlə üzləşən respublikamızda vətəndaşların təhsillə bağlı konstitusiya hüquqlarının tam həyata keçməsinə mane olan obyektiv səbəblər, şübhəsiz ki, gələcəkdə aradan qaldırılacaqdır. Respublikamızda təhsil sisteminin təkamülü təkcə kəmiyyət deyil, həm də keyfiyyət xarakteri daşıyır. Bu gün Azərbaycanın ali təhsil müəssisələrində təhsilin məzmunu və metodlarının modernləşdirilməsi, elektron hesablayıcı maşınların və kompüter texnikasının təhsilin texnologiyasının mühüm komponentlərindən birinə çevrilməsi gələcəkdə respublikamızda təhsil sisteminin keyfiyyət göstəricilərinin yaxşılaşmasına kömək edəcəkdir.

İctimai həyatımızın müxtəlif sahələrində olduğu kimi təhsil sistemində də ciddi, planlı islahatlar keçirilir. Təhsil islahatının əsas hüquqi bazası olan Təhsil Qanununun yeni layihəsi hazırlanmış və birinci oxunuşda qəbul olunmuşdur. Lakin təhsilin xalqın həyatında oynadığı müstəsna rolu nəzərə alaraq, bu qanun layihəsi ümumxalq müzakirəsinə çıxarılmış, ümumxalq müzakirəsindən sonra ikinci oxunuşa təqdim olunmuşdur.

Azərbaycan Respublikasının təhsil sistemində aparılan islahatların mühüm bir istiqamətini bu sistemin əsas və nüfuzlu sahəsi olan ali təhsil əhatə edir. İstər təhsil islahatı proqramında, istərsə də qanun layihəsində ölkədə ali təhsilin inkişafı, onun yenidən qurulması və təkmilləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Ali təhsilə xüsusi diqqət yetirilməsinin vacibliyi onun daşıdığı funksiya ilə bağlıdır. Təhsilin bu pilləsinin əsas məqsədi dövlətin və cəmiyyətin artan tələbatına uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlanmasını təmin etməkdir. Suverenliyimizin və dövlətimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın, mədəniyyətimizin tərəqqisi ilk növbədə kadrlardan asılıdır. Ölkəmizdə bazar münasibətləri təşəkkül tapır, cəmiyyətin infrastrukturu dəyişir. Aydındır ki, iqtisadiyyatda dəyişikliklər elm və təhsildə də uyğun dəyişikliklər tələb edir. İstehsal profilinin bazarın tələbatına uyğun tez-tez dəyişdiyi bir şəraitdə çevik təfəkkürə malik təşəbbüskar mütəxəssislərin qısa müddətdə və daha az xərclə hazırlanması zərurəti yaranmışdır.

Bununla bərabər indi ali məktəblər - universitetlər (həm dövlət, həm də özəl), institutlar cəmiyyətin həyatında əhəmiyyətli rol oynayır, ictimai həyatın demokratikləşdirilməsində həlledici amil kimi çıxış edirlər. Ali təhsil sistemində aparılan islahatların başlıca məqsədləri, təhsil sahəsində bu günə qədər əldə olunmuş müsbət təcrübədən, ənənədən, nailiyyətlərdən səmərəli istifadə etmək, təhsilimizin səviyyəsini inkişaf etmiş ölkələrin təhsili səviyyəsinə çatdırmaq, dünya təhsil sisteminə inteqrasiya imkanlarını genişləndirmək, inkişaf etmiş ölkələrlə təhsil sahəsində əlaqələri hər iki tərəf üçün əlverişli səviyyədə qurmaqdır. Hazırda ali təhsil sistemində aparılan islahat məhz buna istiqamətlənməlidir.

Azərbaycanda təhsil sisteminin genişlənməsinin və səmərəliliyinin yüksəldilməsinin obyektiv tendensiyası özü-özlüyündə cəmiyyətin tələbatı ilə vətəndaşların ali təhsilə olan tələbatlarının ödənilməsi arasında ziddiyyətlərə gətirib çıxaracaqdır ki, nəticədə kəmiyyət göstəriciləri tədricən keyfiyyət göstəricilərinə keçəcəkdir.

Ona görə də perspektivdə ali təhsilin ən ümdə vəzifələrindən biri keyfiyyət göstəricilərinin qayğısına qalmaq, hazırladığı kadrların ixtisas səviyyəsini yüksəltmək olmalıdır. Yalnız bu yolla özəl ali məktəblər ictimaiyyətdə özləri haqda və ümumiyyətlə özəl ali təhsil haqda müsbət rəy formalaşdıra bilər və öz gələcək fəaliyyətlərini uğurla qura bilərlər.

Azərbaycan artıq beynəlxalq münasibətlər sisteminə Avropa ölkəsi kimi qədəm qoymağa başlayıb. Son illər dünyanın bir sıra ölkələri, beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatları ilə təhsil sahəsində əməkdaşlığımız getdikcə genişlənir. Bu əlaqələrdə təbii ki, ali təhsil aparıcı yer tutur. Azərbaycanın ali təhsil sahəsində xarici ölkələrlə əməkdaşlığı müxtəlif proqramlar üzrə tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqatlar aparılması, beynəlxalq forumlarda iştirak edilməsi, beynəlxalq və regional təhsil proqramlarına qoşulması və s. məsələləri əhatə edir.

Bütün bunlarla yanaşı, ali təhsillə bağlı nəzəri və praktiki biliklərin sistemləşdirilməsi, ali təhsilin təşkilati, sosial-iqtisadi müstəvilərdə nəzərdən keçirilməsi bu sahədə ciddi və sanballı əsərlərin yazılmasını tələb edir. Əgər biz ali təhsilimizi beynəlxalq standartlar səviyyəsində qurmaq istəyiriksə, ali təhsildə dünya təcrübəsini mükəmməl surətdə öyrənməli, mövcud ali təhsil sisteminin uğurlarını ümumiləşdirməliyik.

Müşahidələr göstərir ki, bir çox mütəxəssislər ölkəmizdə universitet-sənaye əlaqələrinin tərəqqisinə maneələrdən biri kimi elmi tədqiqatların keyfıyyətinin az olmasını göstərir. Universitetlərin elmi tədqiqatların səviyyəsinə görə reytinqi artdıqca onların yerli və xarici sənaye, eyni zamanda tədqiqatı maliyyələşdirən proqramlarda iştirakı sayəsində (məsələn, Horizon Europe və s.) gəlirlərinin artması gözləniləndir. Eyni zamanda, daha reytinqli universitetlər daha çox tələbə cəlb edə bilir ki, bu da universitetlər üçün daha çox maliyyə deməkdir. Nəticədə, universitetlər əldə etdikləri gəlirlərdən elmi tədqiqatların maliyyələşməsi üçün daha çox vəsait ayıra bilərlər. Bu, həm də elmə dövlət tərəfindən ayrılan vəsaitin daha hədəfli və layihə əsaslı xərclənməsinə imkan verərdi. 

2018-2021-ci illərdə AMEA-nın bütün təşkilatları tərəfindən “Web of Science” bazasında cəmi 2840 elmi məqalə indekslənib. Müqayisə üçün deyək ki, həmin müddətdə ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri tərəfindən nəşr olunmuş məqalələrin sayı 3592-dir. Məqalələrin keyfiyyət göstəricilərinə gəlincə, (Q1 jurnallarda nəşr olunan məqalələrin sayı, məqalələrə istinadların sayı və s.) ədalət naminə demək lazımdır ki, AMEA tərəfindən yazılmış məqalələr nisbətən daha keyfiyyətlidir. Lakin nəzərdən qaçırılmamalıdır ki, Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir və onların da əksəriyyəti kiçik və dar ixtisaslı ali təhsil müəssisəsi olub elmi tədqiqata deyil, konkret sahələr üzrə kadr hazırlığına cəlb olunub.

Ancaq qeyd etmək olar ki, beynəlxalq səviyyəli mütəxəssislərin söylədiklərinə əsasən deyə bilərik ki, elmi tədqiqatların keyfiyyətinin çoxalmasına bir sıra amillər təsir göstərir. Həmin səbəblərdən ən əsası əldə edilən nəticələrin kommersiyalaşdırılmasıdır. Tədqiqat müəssisələrində əldə edilən nəticələrin kommersiyalaşdırma amilləri aşağıdakılardır:

- Böyük səviyyəli tədqiqat; Böyük səviyyəli tədqiqat innovasiyanın stimulunu artırır. Bu fəaliyyət qabiliyyətli insanlar tərəfindən yerinə yetirilir və beynəlxalq əlaqələr formalaşdırır. Bu fəaliyyət yekununda biznes fəaliyyətinə yönəlik yeni fikirlər qurulur.

- Tədqiqatların məqsədli olması; Bir çox dövlətlərdə (Yeni Zelandiya, Danimarka, Almaniya, Kanada və Böyük Britaniya) aparılan tədqiqatlar indiki və gələcək, hətta milli əhəmiyyəti olan sektorlar üzrə aparılır.

Deməli, bütün İƏİT-ə üzv olan dövlətlərdə uzunmüddətli milli təhsil və tədqiqat investisiya siyasəti aparılır. Avropa Birliyi dövlətlərində milli texnologiyanın inkişafı məqsədilə strateji tədqiqat prioritetlərinə çoxlu maliyyə vəsaiti ayrılır. Bu dövlətlər tədqiqatın hədəflərini seçərkən ehtiyac olan texnologiyaların tapılması sektorunda sənaye müəssisələri ilə danışıqlar yerinə yetirilməsi kimi müxtəlif kritetiyalardan istifadə edirlər.

- Tədqiqat və sənaye sahələri arasında tərəfdaşlıq; Tədqiqat və sənaye sahəsi arasında tərəfdaşlıq innovasiya üçün sərfəli rola malikdir. Beynəlxalq araşdırmalara nəzərən innovasiya tədqiqatçıların və həmçinin sənaye müəssisələrinin yer baxımından bir yerdə fəaliyyəti yekununda daha da inkişaf müşahidə olunur.

Bir çox dövlətlərdə, xüsusilə də Avstraliya kimi ölkədə tədqiqat və həmçinin sənaye təşkilatları arasında əlaqənin qurulmasında vasitəçilər mühüm rol oynayırlar. Həmin əməkdaşlıq universitetlər, dövlət tədqiqat mərkəzləri və digər təşkilatlar tərəfindən qurula bilər və onların başlıca işləri kommersiyalaşdırma imkanları ola bilən tədqiqat məsələlərin təyin edilməsidir.

Avropanın bir çox universitetlərində aparılmış araşdırmaların yekununa əsasən universitet-sənaye arasında fərqli tərəfdaşlıq mövcuddur. Həmin əməkdaşlıqlar universitetlərin fəaliyyət sektorlarını (tədris, elm, xidmət) əhatə edərək göstərilənlərdən təşkil edilmişdir: tədris planlarının hazırlanması, həyat və həmçinin boyu öyrənmə tələbələrin mobilliyi, təhsil əməkdaşlarının mobilliyi, tədqiqat və işləmə yekunlarının kommersiyalaşdırılması, tədqiqat və işləmə sektorunda tərəfdaşlıq, sahibkarlıq və idarəetmə. Həmin əməkdaşlıqlar bilavasitə universitetlərin missiyası eyni zamanda sənaye müəssisələrinin ehtiyacları ilə bağlıdır. Aparılmış tədqiqatlara nəzərən dünya ölkələrinin bir çoxunda universitetsəneyə əməkdaşlığının tərəqqisində bir sıra maneələr vardır və həmin maneələrə nəzər saldıqda onların Azərbaycanda da mövcudluğu nəzərə çarpır.

- İnnovasiya maneələri: təşkilatların innovasiya məsələləri barəsində aparılmış tədqiqatlardan məlum olur ki, onların başlıca maneə və hədəfləri – xərcin qarşısının alınması, risk məhdudiyyəti və təşkilati imkanlardır.

- Mövzunun mənimsənilməsində fikir bölgüsü: firmalar ilə ali təhsil ocaqları arasında özünə xas olan uyğunsuzluq vardır. Bu da universitetlərin xüsusən tədqiqat mənbələrinə əsaslanması və firmaların isə qazanılmış yekunların kommersiyalaşdırılması sürətinə xeyli diqqət göstərməsindən baş verir. Əməkdaşlıqlar müəyyən məsrəf tələb edir, yekunlar orta və uzunmüddətdə öz 65 təsirini ifadə edir. Ancaq fırmalar qısamüddətli hazırkı biznes şəraitini əhatə edən yekunlara maraqlıdırlar.

- Prioritetlər: istənilən tərəf müqabilin fərqli fəaliyyətlər əsasında fərqli prioritetləri mövcuddur. Tədqiqatçılar çox zaman biliyin ötürülməsinə önəm verirlər, ancaq firmalar emal formatında çıxışa, yəni axır məhsula istiqamətlənirlər. Reputatsiyalarının çoxalması məqsədilə baza sektorunda nəşr edilən elmi əsərlərinin miqdarının çoxaldılması tədqiqatçıların önəm verdikləri məsələlərdəndir. Ancaq firmalar tətbiqi sektorlarda tədqiqatın aparılmasında maraqlı olurlar. Müəssisələr rəqabət üstünlüklərini qorumaq məqsədilə universitetlər ilə tərəfdaşlıq edə bilirlər. Onlar özlərinin şəxsi biliklərinin məxfi saxlanılmasını istəyirlər və nəşr edilməsini istəmirlər. Universitet və sənaye tərəfdaşlığının müvəffəqiyyəti hər bir tərəf müqabilinin missiya və həmçinin motivasiyasının ehtiyaclarını qarşılamağından asılıdır. Universitetlərin sənaye ilə tərəfdaşlığının motivasiyaları: 

- Universitetlərdə sahibkarlıq mədəniyyətinin qurulması;

- Məzunlar üçün əmək bazarına axın;

- Təcrübi biliyin əldə olunması;

- Universitetlərə royalti ödənislər;

- Sənaye ilə daha çox əməkdaşlığına nəzərən yüksək dövlət maliyyələşməsi qazanması;

- Firmanın bilik ehtiyatlarının əldə olunması;

- Sənaye ilə bağlı informasiyaların (statistik rəqəmlərin) əldə olunması;

- Tədris və təlim səbəbilə yeni ideyaların formalaşa bilməsi; – İxtisaslı işçi heyətin əsasən işlə təmin olunması;

- Bilik yaradılması və həmçinin istifadəsi şəbəkəsinə çıxış imkanının əldə olunması; - Yenilənmiş texniki biliyin qazanılması;

- Universitet üçün büdcə məhdudiyyətinin çoxaldılması. Sənaye müəssisələrinin universitet ilə tərəfdaşlığının motivasiyaları:

- Əqli mülkiyyət hüququ barədə faydalı institutsional siyasət;

- Universitetlərin təchiz edilmiş fakultələrinə asan çıxış şəraitinin əldə olunması;

- Universitetlər ilə əməkdaşlığına əsasən yüksək dövlət maliyyələşməsinin qazanılması;

- Universitetlərdən böyük ixtisaslı işçi heyətin işlə təmin olunması;

- Universitetlər ilə əməkdaşlığına nəzərən vergi güzəştlərinin əldə olunması;

- Mövcud məhsulun təkmilləşdirilməsi ilə bağlı olan tədqiqatın sürətləndirilməsi və qüvvətləndirilməsi;

- Cəmiyyətdə firmanın ictimai təsvirinin möhkəmləndirilməsi;

- Rəqabət üstünlüyünü çoxaldan müasir texnologiyaların və proseslərin əldə olunması;

- Satışların və mənfəətin çoxaldılması;

- İşçi heyətin keyfıyyət səviyyəsinin çoxaldılması;

- İstedadlı tələbələrin işə götürmək imkanlarının əldə olunması;

- Tədqiqat və işləmə sektorunda firmanın ümumi məlumatlılığın və qabiliyyətlərinin artması;

- Şirkətdə innovasiya mədəniyyətinin qurulması.

Bir çox dünya dövlətlərində universitet-sənaye əməkdaşlığının mövcud durumu və tərəqqi istiqamətləri tədqiq edilərək Azərbaycana müvafiq bir model hazırlanmalıdır. Müəyyən olunmuşdur ki, universitet-sənaye münasibətlərinin formalaşması və inkişafı səbəbilə ölkəmizdə və universitetlərimizdə bir sıra işlər görülməlidir. Ancaq elmi tədqiqatların keyfıyyətinin artırılması, təhsilin keyfıyyətinin gücləndirilməsi, ikitərəfli münasibətlərin inkişafı yekununda əldə edilən nəticələrin biznesdə tətbiqi ilə dövlətdə iqtisadi artımın əldə edilməsi və həmin təcrübi yekunlara əsaslanan məqalələrin dünyanın nüfuzlu jurnallarında çap olunmasıyla universitetin reytinqinin çoxalması, habelə cəmiyyətdə praktiki təcrübəyə sahib müəllim və tələbələrə malik universitetin nüfuzunun böyüməsi məqsədilə bir çox işlərin görülməsi məsləhət görülür. Həmin tövsiyələrin bir qismi ölkə tərəfindən, bir qismi isə universitet tərəfindən yerinə yetirilməlidir.

Ölkə tərəfindən reallaşdırılmalı tədbirlər:

1. Aparılmış tədqiqatlardan müəyyən edilmişdir ki, dünya dövlətlərində universitet ilə sənaye arasında münasibətlərin inkişafına maneə göstərən səbəblərdən biri də sənaye müəssisələrinin tədqiqat və həmçinin işləmə sektorunda uyğun tərəf müqabilinin tapılmasında maneələrlə üzləşmələridir. Bu problemin aradan qaldırılması üçün bir sıra inkişaf etmiş dövlətlərdə dövlət tərəfindən universitetlərin şəbəkəsi qurulmuş və dövlət tərəfindən idarə edilir. Universitetlərin şəbəkəsi deyərkən ölkədə olan hər hansı universitetin bütün sənaye-universitet münasibətlərini əhatə edə bilən sektorlar üzrə koordinasiyası səbəbilə uyğun onlayn platformanın yaradılması nəzərdə tutulur. Bu cür bir onlayn platformanın da aşağıdakı vəzifələri təyin edilməlidir:

- ölkədə fəaliyyət göstərən bütün ali təhsil ocaqları arasında universitet-sənaye münasibətləri əsasında razılıq əldə edilməli;

- ölkədə mövcud olan bir neçə universitet və sənaye ilə birlikdə münasibətlərini koordinasiya edən portal qurulmalıdır. Portal məlumat tipli olmalı, bu vasitə ilə hər bir universitetin internet portalına giriş imkanları nəzərə alınmalı, bütünlüklə təhsil sahələrinin sənaye ilə tərəfdaşlıqlarını əhatə edən informasiyalar əhatə etməli);

2. Universitetlərin maliyyələşdirilməsində tələblərin miqdarı və s. kimi amillərlə bərabər universitetlərin şirkətlərlə tərəfdaşlığı faktoru nəzərə alına bilər. Yəni, hazırki dövrdə universitetlər bir çox göstəricilərə nəzərən dövlətdən maliyyələşirlər. Həmin göstəricilərə şirkətlərlə tərəfdaşlıq mərhələsini də daxil etmək olar.

3. İnnovasiya vauçeri universitet-sənaye tərəfdaşlığını gücləndirməkdən ötrü istifadə oluna bilən uyğun metoddur və Niderland, İrlandiya və həmçinin Böyük Britaniya kimi dövlətlərdə müvəffəqiyyətlə sınaqdan çıxarılmışdır. İnnovasiya vauçerləri ölkənin firmalara (əsasən iri və kiçik müəssisələrə) təhsil sahələri və dövlət nəzdində tədqiqat mərkəzlərindən göstərilən xidmətlərin əldə olunması üçün xırda həcmli kredit xətlərinin açılmasıdır.

4. Fəaliyyət göstərən müəssisələrin təhsil sahələri ilə tərəfdaşlığına görə vergi güzəştlərinin tətbiq edilməsi.

5. Təhsil sahələrinin işçilərinin sənaye sahələri ilə tərəfdaşlığını əhatə edən mükafat sisteminin tətbiq edilməsi.

Universitet tərəfindən yerinə yetirilməli tədbirlər:

1. Şirkətlərlə münasibətlər şöbəsinin yaradılması: Universitetlərin əsas vəzifələri tədris və elm olduğundan universitetdə belə bir şöbənin qurulmasının əsas məqsədi universitetin vəzifələrinə uyğun şirkətlər və dövlət müəssisələri ilə qarşılıqlı münasibətlərin yaradılmasıdır. Bu şöbənin başlıca fəaliyyətinin birincisi uyğun sayt və bununla yanaşı da universitetin saytı daxilində bütün funksiyaları birləşdirən linkin yaradılmasıdır. Bunun köməyi ilə hər bir kəsin lazımlı məlumatları tez bir vaxtda və sürətlə qazanmaq imkanını yaratmaq olar. Qeyd olunan şöbənin vəzifələri aşağıdakılardan təşkil ola bilər:

Tədris üzrə:

1. Tədris planlarının tərtib edilməsi və inkişaf eletdirilməsində sənaye müəssisələri və uyğun dövlət orqanlarının nümayəndələrinin iştirakının təmin olunması. Bu cür əməkdaşlıq universitetlərdə mövcud olan tədris planlarının inkişafı və yeni ixtisaslar, sahələr üzrə tədris planlarının tərtibatını əhatə edir. Universitetlərin dövlətdə tanınmasının və universitetlər içərisində reytinqinin qalxmasına təsir edən əsas səbəblərdən biri də məzunların hansı sürətlə iş qazanmasıdır və məlum olduğu kimi məzunların tez bir vaxtda ixtisaslarına müvafiq iş əldə etmələri onların peşəkarlıq səviyyələri və bununla yanaşı ixtisaslarına müvafiq bazarda tələbin olmasından ibarətdir. Əmək bazarında hansı müasir ixtisaslara tələbin mövcudluğu, mövcud ixtisasların hansı bir tədris planları üzrə tədrisinin reallaşması vacibliyini qarşılıqlı əlaqədə olan sənaye, aqrar sahələri və dövlət idarələrindən savayı heç kəs dəqiq təyin edə bilməz. Bu baxımdan da tədris planlarının yerinə yetirilməsində və bununla yanaşı ixtisasların təyin edilməsində mütləq şirkətlərlə tərəfdaşlıq aparılmalı və onların ideyaları əsas götürülməlidir.

2. Müəssisələrin şəxsi heyətinin təkmilləşdirilməsi təlimləri. Bu növ əməkdaşlıq bir çox işçi heyətin peşəkarlığının çoxaldılması, onların indiki və gələcək biznes ehtiyaclarına müvafiq olaraq ixtisaslarının təkmilləşdirilməsi səbəbilə tədris proqramlarını və kurslarını təşkil edir.

3. Universitet əməkdaşlarının sənayeyə və həmçinin müəssisələrin əsas işçilərinin universitetlərdə tədrisə yönləndirmək məqsədilə uyğun mexanizmin qurulması. Bura universitet tərəfdaşlarının sənaye müəssisələrində ixtisaslarına müvafiq əlavə işlərlə təmin olunması və müəssisələrin bir çox rəhbər şəxslərinin iş səviyyələrinə, fəaliyyət istiqamətlərinə münasib universitetdə tədris işlərinə cəlb olunması məqsədilə lazımi işlərin görülməsi daxildir. Müəllimlərin təcrübi mövzularda yaxından iştirak edərək də öz tədris və həmçinin elmi işlərinin yekunlarının artırılmasına səbəb olan və hətta onların qazanc baxımından əlavə qazanc əldə etməsinə imkan yarada bilən sənaye müəssisələrində olan məsləhətçi və s. vəzifələrdə iştirakını təmin edə bilmək səbəbilə ehtiyacı olan sənaye müəssisələrini bu işə stimullaşdırmaq üçün bu tip əməkdaşlıqdan da istifadə etmək mümkündür. Bu cür qarşılıqlı münasibətlər universitet-sənaye əməkdaşlığında mövcud ola bilən problemlərin aradan qaldırılmasına vacib töhfə verə bilər.

Elmi işlər üzrə:

1. Ölkədə indiki və gələcək mikro (yəni biznes müəssisələri) və bununla yanaşı makro (nazirliklər hətta dövlət idarələri və s.) səviyyədə daha real mövzuların təyin olunması, onların həlli yönündə tədqiqatların aparılması səbəbilə uyğun şöbələrin (universitet daxilində uyğun kafedraların, elmi-tədqiqat institutunun, alimlərin) bu mövzular üzrə tədqiqatlar yerinə yetirməyə cəlb olunması sahəsində lazımi işlərin reallaşdırılması.

2. Şirkətlərə, müəssisələrə və həmçinin dövlət orqanlarına universitetin elmi gücünü tanıtmaq məqsədilə davamlı şəkildə onlarla birlikdə və dövlət orqanlarının mütləq fəaliyyəti ilə dəyirmi masa və toplantı, konfrans və s. təşkil edilməsi.

Nəticə və təkliflər:

1. Müasir cəmiyyətdə, ticariləşmə funksiyasını universitet öz üzərinə götürür, bununla əlaqədar universitetin bazasında "vasitəçi" - innovasiya infrastrukturu: texnoloji parklar, biznes inkubatorları, təkmilləşmələrin ticariləşdirilməsinə yönələn texnologiya transfer mərkəzləri təşkil olunmalıdır.

2. "Sahibkarlıq universiteti" yalnız innovativ iqtisadiyyatın drayveri deyil, insanların "fürsəti yaxalamaq" və "biznes + potensial" ideyalarını həyata keçirməyin üsullarının öyrədildiyi bir yerdir. "Pis" və "yaxşı" universitet arasındakı fərq, "xarici" texnoparklarda və inkubatorlarda deyil, "korporativ etikası" və "sahibkarlıq mədəniyyəti"nin kök saldığı dərs proqramındadır.

3. Hər hansı bir ölkənin ali təhsil sisteminin xarakterik xüsusiyyəti bu sahədə səlahiyyətli qərarlarının qəbul edilməsi prosesinə təsir göstərən çox sayda qurumun olmasıdır. Bu, ali təhsil sisteminin şəbəkə əsasında qurulması ilə əlaqədardır, iqtisadiyyatın irəliləyişi yalnız universitetlərin deyil, həm də biznes ictimaiyyətinin, dövlət qurumlarının, bank sisteminin və kütləvi informasiya vasitələrinin səylərini tələb edir.

4. Biznes və universitet arasında əməkdaşlıqda daha aktiv fəaliyyət göstərən istiqamət Universitet Məzunları Dərnəkləridir - bunlar könüllük prinsipi əsasında fəaliyyət göstərən ictimai təşkilatlardır. Bu təşkilatlar çərçivəsində məzunlar öz universitetlərini müxtəlif istiqamətlərdə dəstəkləyirlər, çünki onlar oxuduqları universitetlərinin uğurunun onların diplomlarının rəqabət qabiliyyətini artırdığını başa düşürlər.

5. Üçüncü nəsil universitetlər tədris planlarını millidən qlobala, nəzəriyyədən tətbiq etməyə, fəndən fənlər arasına doğru dəyişirməkdədir. Sözügedən dəyişiklik tələbə və müəllimləri də əhatə etməlidir. İş sektoru ilə əməkdaşlıq, kommersiyalaşma, qazanc, məhsuldarlıq konsepsiyalarının əhəmiyyət qazandığı universitetlər artıq təkcə bilik istehsal edən qapalı sistemlər deyil, iqtisadi səmərəlilik mərkəzi olan açıq sistemlərə çevrilir. Bu səbəbdən Azərbaycan universitetlərinin də məqsədi bilik və texnologiyanın həyatın hər sahəsində özünü daha çox hiss etdiyi bu günün və gələcəyin dünyasında məlumatı məhsula çevirən, millidən qlobala doğru irəliləyən üçüncü nəsil universitet statusunu əldə etməkdir.

6. Üçüncü nəsil universitetlərin digər bir xüsusiyyəti də uzaqdan təhsilə önəm verməsidir. Uzaqdan təhsil müəllim – tələbə - sinif əlaqəsini yenidən quran və çevirən bir sistemdir. Bu sistemin içində bir tərəfdən daxilolma mənasında müsbət irəliləyişlər gözləyərkən, digər tərəfdən texnoloji təchizata sahib olmayan bölgələrin sistemdən yararlanması baxımından çatışmazlıqları ortaya çıxacaqdır. Bunları isə təbii ki, həll etmək tələb olunacaq. Üçüncü nəsil universitetlər həmçinin interaktiv öyrənməyi müdafiə edən və e-kitabxana və e-kitab üzərində sıxlaşma fəlsəfəsinə malik universitet modelidir.

7. Azərbaycan cəmiyyəti insan kapitalının inkişafı və cəmiyyətin rifahı üçün universitetlərin rolunun vacibliyini tam olaraq anlaya bilməmişdir. Yeni iqtisadiyyatda yalnız bazar mexanizmləri deyil, həmçinin dövlət siyasəti də insan kapitalının toplanmasının hərəkətverici qüvvəsidir. Eyni zamanda, dövlətin elmi və təhsil kapitalının inkişafına etdiyi tənzimləyici təsir xüsusi keyfiyyətə malikdir.

8. Bölgədəki universitetlərin rolunun araşdırılması müəyyən qədər həyata keçirilmişdir. Bu sahədə ən əhəmiyyətli işlərdən biri, universitetin regional iqtisadiyyatda rolunu əks etdirən bir model hazırlayan L.Tornatskinin əsəridir. Universitetlərin texnologiya köçürməsi, məlumatların yaradılması və təhsil xidmətləri vasitəsilə ərazinin iqtisadi inkişafına təsiri universitetlər və müəssisələrlə əməkdaşlıqda təqdim olunur.

9. Təhsildə ən yaxşı performansı göstərən ölkələr öz sistemlərini yaratmaq üçün əhəmiyyətli bir qərar verməyi bacarmışdır. Onlar keçmişdə yalnız elita tələbələrinin sahib olduğu təhsil standartlarını hər kəsə təqdim etdilər. Dövlət siyasətinə istiqamət verənlər artıq bir məqamı anladı: imkansız uşaqların yüksək səviyyədə uğur əldə edə bilməsi üçün güzəştlər edilməlidir, bunun əvəzində dövlət və cəmiyyət daha çox qazana bilir.

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə DİPM İB-nin həyata keçirdiyi "Məzunlarda peşə kompetensiyalarının formalaşdırılmasında ali təhsil müəssisələri ilə şirkətlər arasında əməkdaşlığın qurulmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.