Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzində - Foto

Məşhur Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzində növbəti konsert proqramı ilə çıxış edib.

Ilkxeber. xəbər verir ki, bu, orkestrin Heydər Əliyev Mərkəzində təşkil olunan beşinci konsertidir.

Orkestrin yaradıcısı və bədii rəhbəri, avstriyalı skripkaçı və dirijor Peter Qutun rəhbərliyi ilə baş tutan konsertdə tamaşaçılara maraqlı repertuar və gözəl şou təqdim edilib. Virtuoz skripkaçı Peter Qut İohan Ştraus ənənəsinin davamçısı olaraq ifası ilə dinləyiciləri valeh edir. O, mütəmadi olaraq tanınmış simfonik və kamera orkestrləri ilə qastrollara çıxır və böyük opera teatrlarının səhnəsində təqdim olunan operettalarda dirijorluq edir.

1978-ci ildən fəaliyyət göstərən Vyana Ştraus Festival Orkestri dünyada Vyana musiqi ənənələrinin qoruyucusu kimi klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə tanınır. Orkestr müxtəlif festivalların, o cümlədən hər il keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır.