Yerli ira hakimiyyəti orqanlarına elektron müraciət etmək qaydası

Yerli icra hakimiyyəti orqanları tərəfindən və tabeliyində olan müəssisə, idarə və təşkilatlar tərəfindən vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün elektron xidmətlər yaradılıb. 

Yerli icra hakmiyyəti orqanı qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə onlara cavab verilməsini təmin etməli, və nəzarəti həyata keçirməliidr, vətəndaşların qəbul olunmasını təşkil ertməlidir. 

Belə müraciətlərin vətəndaşlar üçün müsbət təsiri olmadıqda və ya pozulmuş hüquqların bərpası mümkün olmadıqda “Yerli İcra Hakimiyyəti haqqında” əsasnamənin 14-cü maddəsinə əsasən “Yerlərdə icra hakimiyyətinin vəzifəli şəxslərinin qərarları qanunvericiliyə zidd olduqda, vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozduqda onların qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. 

Yerli icra hakimiyyəti orqanlarının hər birinin veb səhifəsi mövcuddur. Nümunə olaraq Nərimanov Rayon İcra Hakimiyyətinin veb səhifəsinə baxaq. Hər bir icra hakimiyyətinin veb səhifəsi eyni struktura və dizayna malikdir. Belə ki İcra Hakimiyyəti bölməsinə daxil olduqda orda ya birbaşa elektron Müraciət bölməsi görəcəyik yada Elektron xidmətlə bölməsinə daxil olaraq elektron müraciət ünvanlaya biləcəyik. Elektron müraciətə daxil olduqda orda bizdən tələb olunan hər bir məlumat mütləq şəkildə doldurulmalıdır əks halda müraciəti göndərmək mümkün olmayacaq. 

Bildirək ki, həmçinin qeyd etdiyiniz məlumatlar doğru və dəqiq olmalıdır. Qanunvericiliyə əsasən anonim müraciətlərə baxılmır. Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. 

Bu məqalə “Tolerantlıq” Sosial Araşdırmalar İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Aktiv Gənclər Təşəbbüsü” layihəsi çərçivəsində dərc edilir.