Əli Cəfərov: “Qələbəmiz yeni nəsillərin vətənpərvərlik duyğularının formalaşmasında müstəsna rol oynayacaq”
Demokratiyanın və Milli Dəyərlərin Təbliği-İB fəaliyyət planına uyğun olaraq Zəngilan rayonu 13 nömrəli tam orta məktəbdə “Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsi çərçivəsində “ İşğaldan azad olunmuş ərazilərin tarixi, coğrafiyası, flora və faunası, eləcə də mədəni abidələri haqqında” növbəti təlimini təşkil etdi. Şagirdlər qeydiyyatdan keçdikdən sonra layihə rəhbəri, İb sədri Əli Cəfərov tədbiri açıq elan etdi. Sonra hamı birgə ayağa qalxaraq Azərbaycan Respublikasının himnini oxudular. Ardınca layihə rəhbəri 44 günlük Vətən savaşında, ümumiyyətlə Qarabağ , Aprel döyüşləri zamanı və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək məqsədilə hamını bir dəqiqəlik sayğı duruşuna dəvət etdi. İlk çıxış edən Əli Cəfərov bildirdi ki, layihə Azərbaycan Respublikası QHT Dövət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilir. O, bir daha Agentliyə öz təşəkkürünü bildirdi. Layihə rəhbəri təlimin məqsəd və vəzifələri haqqında bir daha qısa məlumat verərək söylədi ki, “Vətən müharibəsindəki qalibiyyət tariximiz yeni nəsillərin milli ruhunda, dilində, adət-ənənəsində, vətənpərvərlik duyğularında, eləcə də müasir dünyada yaşayan bütün azərbaycanlıların həyatının, gələcəyinin vətənpərvər ruhda formalaşmasında müstəsna rol oynayacaqdır. Ona görə də layihəmizin məqsədi bu kimi məsələlər çərçivəsində Vətən müharibəsindəki Zəfər tariximizdən bəhs edən inşa, rəsm və şeir müsabiqələrinin təşkili, qaliblərin mükafatlanması və Hərbi Qənimətlər Parkına ekskursiyanın təşkili böyük əhəmiyyəti olmaqla yanaşı gələcəyimiz üçün sanballı bir aditoriyanın hazırlanmasına da dəstəkdir”. Daha sonra Əli müəllim bildirdi kı, əziz sagirdlər, məlumunuz olsun kı, Avropa Parlamenti 10 mart 2022 – ci ildə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə “güya ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması” ilə bağlı qərəzli və böhtan xarakterlı qətnamə qəbul etmişdir. Avropalılar unudurlar kı, azad edilmiş ərazilər bizim torpaqlarımızdı. 44 günlük Vətən şavaşında rəşadətlı ordumuz torpaqlarımızı azad etdi və ermənilərin bel sütununu sındırdı. AP-in haqsız qətnaməsinə qarşı bizim təşkilatın adından bəyanat qəbul edərək adıçəkilən qətnaməni qərəzli hesab etməklə yanaşı pisləmişik. Baxın uşaqlar bir daha vurğulamaq istəyirəm kı, 30 il ərzində ermənilər bizim tarixi-mədəni abidələrimizi dağıdıb viran qoydu, amma Avropa məsələyə ikili standartla yanaşaraq susdu”.
Sonra Əli Cəfərov sözü təlimçi Həqiqət müəlliməyə verildi. Təlimçi şagirdlərin bütün diqqətini mövzuya yönəltmək məqsədilə qısa müraciətlə onları həvəsləndirici, maraqlı detallara cəlb edir: “Uşaqlar, sizin mənəvi dünyanızı zənginləşdirmək məqsədilə mövzu ilə əlaqədar hazırladığımız qısa slayda baxacağıq. Fikir mübadiləsi yolu ilə işğaldan azad olunmuş ərazilərin coğrafiyası, mədəni abidələr və faunası haqqında məlumat verməklə sizlərdə Vətəni sevməyin vacibliyi haqqıında fikirləri formalaşdırıb inkişaf etdirəcəyik”. Hazırlanmış slayda baxandan sonra müəllimə sağırdlərin mövzunu necə mənimsəmələrini müəyyən etmək məqsədilə əvvəlcədən hazırladığı sualları verir. Cavablar dinlənilir. Müzakirə aparılır. “İşğaldan azad olunmuş ərzilərin mədəni tarixi abidəri deyəndə nə düşünürsünüz”?, “Nəyə görə tarixi abidələr müqəddəsdir?, “Fauna və flora nədir?”, “Haqq verilməz, haqq alınar!”, “Vətən haradan başlanır” , “Qəhrəmanlıq nə deməkdir?” Quluzadə Nigar, Dəmirzadə Fidan, Əhmədov Ziyaddin , Abbaszadə Yusif , Əhmədov Akif və Məmmədlı Leyla suallara dolğun cavablar verdilər. Daha sonra təlimçı dağıdılmış mədəni abidələr haqqında bir daha qısa məlumat verərək söylədi ki, “Şuşada 8 muzey dağıdılıb, məhv edilib. Bunlardan Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın ev muzeyləri, Şuşa və Xankəndindəki diyarşunaslıq muzeyləri və s. adlarını çəkmək olar. Eyni zamanda Ağdamın “Çörək və Tarix Ölkəsunaslıq” muzeyləri məhv edilib. Bundan əlavə olaraq erməni vandalları Zəngilan və Qubadlı diyarşunaslıq muzeylərini dağıdıb talan ediblər. Qısa fasilədən sonra təlimçi işğaldan azad olunmuş ərazilərimizin fauna və florası haqqında məlumat verərək bildirdi kı, Ermənistanın bəşəriyyətə və insanlığa qarşı yönələn terror siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə ciddi ziyan vurmuşdur. Ekologiyaya qənim kəsilmiş ermənilər işğal etdikləri ərazilərdə meşə zolaqlarının vəhşicəsinə qırılmasını və yandırılmasını, Araz çayı və qollarının çirkləndirilməsini, flora və fauna növlərinin məhv edilməsini, mineral –xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini dövlət siyasətinə çevirmişdilər. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1.7 milyon hektar ərazisi işğal olunmusdur. İşğal olunmuş ərazilərdə şərq Çinarı, adi nar, meşə üzümü, Eldar şamı və s. kökü kəsilmək üzrədir”. Fauna və flora, eyni zamanda dağıdılmış ərazilərimiz haqqında məlumat verən təlimçi bildirdi kı, son dövrdə Qarabağda quruculuq və abadlıq işləri yüksək səviyyədə gedir. Təlimçi sonra cənab Prezdentin çıxışını xatırladı. İ. Əliyev deyib: “Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizminini məhv etmişik. Biz bölgəmizi tam xilas etməsək də, onun böyük hissəsini geri qaytarmışıq. Buna görə bizim şanlı qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu idelogiyanı məhv etdik”. Erməni vandallarının xarabalığa çevirdikləri tarixi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi indi Azərbaycanın qarşısında duran ən mühüm vəzifədir.Təlimçi bununla bağlı ölkə rəhbərliyinin 2 fevral 2021-ci il tarixli sərancamı haqqında qısa məlumat verdi. Daha sonra şagirdlərdən Fidan Laçın rayonu haqqına, Pakizə Suşa şəhəri haqqında, Nigar isə Zəngilan haqqında hazırladıqları təqdimatlar dillənildi.
Tədbirdə məktəbin direktoru Şəhla xanım Həsənova iştirak edirdi.
Tədbirdə foto və video çəklişlər də aparıldı.
© 2020 - Created by İLK XEBER.