Uşaqlar və yeniyetmələr üçün peşəkar "Maestro School" proqramlaşdırma məktəbinin açılışı olub.
İlkxeber.org xəbər verir ki, açılışda təhsil ekspertləri, ictimai xadimlər, valideyn və şagirdlər iştirak ediblər.
"Maestro School"un təsisçisi Mədinə Paşayeva bildirib ki, 6 yaşından 16 yaşınadək uşaqlar üçün proqramlaşdırma kursları uşaqların IT sahəsində gələcəyini təmin etmək üçün effektiv bir yoldur. Onun sözlərinə görə, məktəbdə sözügedən yaş qrupuna daxil olan şagirdlərin texniki, analitik və yaradıcılıq qabiliyyətləri inkişaf etdiriləcək:
"Müxtəlif proqramlaşdırma dilində uşaqlara təhsil veririk. Əsas fərqimiz ondan ibarətdir ki, bu sahə üzrə tam təkmilləşəndən sonra övladınız öz mobil aplikasiyalarını, veb saytlarını düzəldə bilərlər. Bu layihəni Kanada və Hollandiyadan olan partnyor şirkətlərimizlə birgə hazırlamışıq. Peşəkar müəllimlərdən ibarət komandamız uşaqların proqramlaşdırma dillərinə yiyələnmələri üçün operativ şəkildə və qrafiklərə uyğun olaraq kömək edəcəklər. Məqsədimiz məktəbliləri, gəncləri keyfiyyətli IT təhsil ilə təmin etməkdir".
Qeyd olunub ki, mərkəzdə Robotexnika, IT Start, oyun tərtibatçısı, Minecraft, VR/AR tətbiqlərin tərtibatçısı, mobil tətbiqlərin tərtibatçısı, Wix Scratch, Uİ&UX Dizayn, kiber təhlükəsizlik, Data Science proqramları tədris olunacaq. "Hədəfimiz Azərbaycanda 2025-ci ilə qədər proqramlaşdırma, proqram təminatı, dizayn, biznes və soft bacarıqlar üzrə təhsil sahəsində məktəblilər üzrə birinci yerdə olmaqdır",- deyə M.Paşayeva vurğulayıb.
© 2020 - Created by İLK XEBER.