“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir.
Qanunla istehlakçıların aşağıdakı hüquqları vardır:
İstehlakçı müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:
Satıcı istehlakçını maraqlandıran malın qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
İstehlakçının tələblərini ödəməyən malın lazımı keyfiyyətli mala dəyişdirmək ilə bağlı aşağıdakı hüquqları vardır:
Sadalanan hüquqlar pozulduqda istehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi veb səhifəsindən (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif ) yazılı olaraq və şifahi (195-2 qısa nömrəsinə zəng edərək) müraciət edə bilərlər.
Bu məqalə “Tolerantlıq” Sosial Araşdırmalar İB tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Aktiv Gənclər Təşəbbüsü” layihəsi çərçivəsində dərc edilir.
© 2020 - Created by İLK XEBER.