Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Bakıya gəldi

Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Ceyms Happy Bakıda bir günlük səfərdədir. Bu, bu ölkənin müdafiə nazirinin Azərbaycana ilk səfəridir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçiriləcək.

Əsas müzakirə mövzuları Böyük Britaniya və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, Ukraynadakı vəziyyət, Ermənistan və Azərbaycan arasında həll olunmamış problemlər və sülh prosesinin vəziyyəti olacaq. Nazir minatəmizləmə sahəsində əməkdaşlığı da müzakirə edəcək.