Ruhun şad olsun, ŞƏHİD - Video

Şəhid Marifət Nəzərov haqqında

Nəzərov Marifət Mərdalı oğlu 1959-cu ildə Yardımlı rayonunun Mamulğan kəndində dünyaya göz açmışdır. Marifət hələ uşaq ikən ailəsi Qaradağ rayonunun Qızıldaş qəsəbəsinə köçüb gəlmiş və onlar burada məskunlaşmışdır.

Marifət Nəzərov Azərbaycan torpaqlarının, tarixi abidələrimizin mənfur erməni qəsbkarları tərəfindən işğala məruz qaldığı günlərdə düşmənə qarşı gur səsini ilk qaldıranlardan olub. Döyüş dostlarının dediklərinə görə, Marifət qorxmaz, cəsur döyüsçü, təcrübəli kəşfiyyatçı olub. Müharibədə olduğu müddətdə dəfələrlə kəşfiyyata getmiş, düşmənin canlı qüvvəsinin, texnikasının sayını və yerləşdikləri mövqelərini dəqiqləşdirib sag-salamat geri qayıtmışdır.  

Marifət Nəzərov Kəlbəcər uğrundaki ilk, birinci döyüşündə 5-20 nəfər erməni əsgərini məhv etmişdi.  

Marifətin döyüşçü dostları xatırlayır ki, Yanşağın üstündə “Qızılqaya” hündür bir dağ var idi, o dağ döyüş üçün çox əlveişli idi. Ermənilərin də əsas qüvvəsi orada cəmləşmişdi. Həmin hündürlük uğrunda döyüşdə 6-7 nəfər şəhid verdik. O, həyatda olduğu kimi cəbhədə də sədaqətli yoldaş, dost idi. Döyüş zamanı yoldaşlarını ruhlandırmağı bacarardı, dəfələrlə yoldaşlarını ölümün pəncəsindən xilas etmişdi, yaralı və həlak olmuş hərbçi dostlarını döyüş meydanında tək buraxmazdı, onları çiynində  təhlükəsiz yerə daşıyardı.

Marifət öz təşəbbüsü ilə Qaradağ rayonundan 67 nəfər könüllü təşkil edib 1993-cü ilin noyabr ayının 8-də hərbi xidmətə yollanmışdı. O, Kəlbəcər uğrunda gedən ağır döyüşlərdə sıravi əsgər, sonradan çavuş kimi erməni işğalçılarının məhv edilməsində böyük mərdlik, qəhrəmanlıq nümayiş etdirmişdir. Dekabr ayında öz şəxsi hesabına xidmət etdiyi taborun əsgərləri üçün 25 cüt çəkmə və 300 min rubl dəyərində ərzaq malları gətirib paylamışdı.

Öz qəhrəmanlığı ilə şirin canını Vətən yolunda qurban verməyə hazır olan Marifət 1994-cü ilin yanvar ayının 22-də Kəlbəcərin Susuzluq kəndi ətrafında gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuş, həmin döyüşlərdə ağır yaralanmışdır. Yaralandıqdan sonra bir neçə gün Gəncə şəhər hərbi qospitalında intensiv müalicə almasına baxmayaraq onun həyatını xilas etmək mümkün olmamışdır. Marifət yanvarın 25-də qospitalda dünyasını dəyişmişdir. 

Bu gün Marifətin şəhid olduğu o torpaqlar rəşadətli Azərbaycan əsgərləri tərəfindən 44 günlük müharibədə işğaldan azad edilmişdir. Ona görə də, Marifətin ruhu şaddır. Axı Vətən ona canından qiymətli, əziz idi. Marifət deyirdi: Biz o vaxt qayıdacayıq ki, bu erməni dığalarının kökünü kəsəcəyik. Marifət.Nəzərov torpağlarımızın azad olunmasını görmək qismət olmasa da, onun qisası düşməndən layiqincə alındı. Ona görə də, qəhrəman şəhidimizin ruhu əbədi olaraq şaddır. 

 

Məqalə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyinin həyata keçirdiyi “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi və tanıdılması” adlı layihəsi çərçivəsində çap olunur.