Azərbaycanda koronavirus: 38 yeni yoluxma...

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Son sutkada koronavirus əleyhinə 6 min 999 vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 781, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 min 542, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 342 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 375 min 580, birinci doza peyvəndlərin ümumi sayı 5 milyon 319 min 726, ikinci doza vaksinlərin sayı 4 milyon 815 min 285 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 milyon 15 min 906, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 224 min 663 olub.