QHT Astarada sorğu keçirib

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alveri ilə mübarizədə qiymətləndimə amili və onun əhəmiyyəti” layihəsinin icra planına uyğun olaraq 09.03.2022 –11.03 2022- ci il tarixlərində Astara rayonunda İnsan alveri ilə mübarizə sahəsində insanların məlumatlılığını öyrənmək məqsədilə  sorğu keçirmişdir.

Sorğu  inşaat, kənd təsərrüfatı işlərini həyata keçirən sahibkarlar, ev qulluğu sahəsində çalışanlar və onları işə götürənlər, icma üzvləri, o cümlədən qadınlar və gənclər arasında aparılmışdır. Təşkilat eyni zamanda sorğunun həyata keçirilməsində xüsusi fəallıq göstərən Astara rayon Gənclər və İdman İdarəsinin könüllüləri ilə birlikdə  potensial qurbanların rayon ərazisində  ən çox cəmləşdiyi kafe, hotel və gözəllik salonlarında İnsan alveri ilə mübarizəyə dair dövlət qurumları və QHT-lər tərəfindən çap olunmuş faydalı nəşrləri və təşkilat tərəfindən hazırlanmış 2022-cil il istehsalat təqvimlərinin paylanılması həyata keçirmişdir.