Ersin Tatar: "Hava məkanımıza kimsə əl uzada bilməz"

Prezident Ersin Tatar Kipr rum administrasiyasının Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) hava məkanı da daxil olmaqla hava məkanını bağlamaq qərarına reaksiya verib. 

Avropa.info xəbər verir ki, KKTC prezidenti Ersin Tatar yazılı açıqlamasında Rusiya-Ukrayna müharibəsi səbəbiylə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində AB ölkələri, bir çox başqa ölkə və Rusiya təyyarələrinə Cənubi Kiprin hava məkanını bağlamaq qərarına gəldiyini ifadə edərək, bunun səlahiyyət və məsuliyyətinin bu qərarı qəbul edən ölkələrə aid olduğunu deyib. 

Ersin Tatar KKTC-nin Kiprin rum administrasiyasının qəbul etdiyi hava məkanı qərarına KKTC-nin milli hava sahəsini əlavə etməsinin və bu istiqamətdə xəritələr dərcinin qəbuledilməz olduğunu vurğulayıb.

Prezident açıqlamasında, “Kıpr rum administrasiyasının 1960-cı ildə KKTC ərazisində əldə etdiyimiz suveren bərabərliyimiz, bərabər statusumuz və əldə etdiyimiz hüquqlarımıza qarşı milli hava məkanımızla bağlı hər hansı qərar verməsi müzakirə mövzusu ola bilməz", deyib.

Ersin Tatar qeyd edib ki, özünü Kiprin yeganə sahibi kimi görən rum administrasiyasının belə bir qərar qəbul etməsi, KKTC-nin suverenlik hüquqlarına əl uzatması və dünya ictimai rəyini aldatmağa çalışması əbəs cəhddir.