“Bizim gəncliyimiz çox çətin və məsuliyyətli dövrə düşdü”- 60 yaşı tamam olan ziyalı

Əli Cəfərov: “Gələcəkdəkı Azərbaycanımıza qüdrətlı bir Türk dövlətinə cevrilməyi, üçrəngli bayrağımızı Xanın kəndində dalğalandırmağı arzulayıram”

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
  •  
 

Gəncliyi xalq hərəkatının təlatümlü günlərindən keçmiş bir çox insanlar var ki, indi onlar ömürlərinin orta və ahıl yaş hədlərinə gəlib çatıblar. Qazancları daha çox Azərbaycanın müstəqilliyi kimi ümummilli problemimizin həlli hesab olunan belə insanlardan biri də indi 60 yaşını tamamlayan Demokratik İslahatlar Partiyası sədrinin təşkilat məsələləri üzrə müşaviri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərovdur. Əli müəllimi təbrik etmək fürsətindən yararlanaraq onun yaxın tariximizdəki yaşam və fəaliyyət sferasına da nəzər salmaq istədik. Şübhə etmirik ki, qeyd etdiyimiz proseslərdəki fəallığı nəticəsində zəngin həyat təcrübəsi qazanmış Əli Cəfərovun fəaliyyəti həm də gələcək azərbaycanlılar üçün bir stimulverici əlamət kimi örnək ola bilər. Əlbəttə ki, Vətənimizin, xalqımızın qorunması naminə. Əli Cəfərov həm də bir vətəndaş, azərbaycanlı həyatının örnəklərini yaşadır öz ətrafında.

Əli bəy, 60 yaşınız – yubileyiniz mübarək! Hamıya arzuladığımız kimi, 100 yaşını qeyd etməyini diləyirik Böyük Yaradandan

-Çox sağ olun. Təşəkür edirəm.

– 60 yaşın ucalığından geriyə boylananda arxada böyük bir epoxa dayanır sanki. Ona görə 60 yaş həm də böyük bir hesabatdır. Ola bilər sizi bir qədər çətinə salaq bu münasibətimizlə. Amma bunu soruşmalıyıq. Necə düşünürsüz, geridə buraxdığınız 60 yaşa bir ekskurs edəkmi?

Bizim gəncliyimiz çox çətin və məsuliyyətli dövrə düşdü. Üniversitetin son kursunda oxuyanda Milli Azadlıq hərakatı başladı. Ötən əsrin 80-ci illərinin sonlarından başlayan meydan hərakatında mən də fəal iştirakçılardan oldum. Bu millətimiz üçün bir şans idi. Biz yaranmış şəraitdən istifadə edib nəyin bahasına olursa-olsun öz müstəqil dövlətimizi qurmalı idik. Şükür yaradana olsun kı, millətimiz köləliyə son qoyub 1918-1920–ci illərdə  mövcud olan cümhüriyyətimizi bərpa etdi. Çox çətin dövrlər idi. Biz öz dövlətimizi qurduq. Lakin təəssüflər olsun ki, o vaxtlar müstəqilliyə qarşı çıxan bəzi xainlərimiz və onların tör-töküntüləri hazırkı zamana kimi kürsüdə oturub millətin qanını zəlı kimi sömürməklə məşğuldurlar. Bizlərin isə bu yaşa çatana kimi xeyli fərdi sosial problemlərimiz oldu: siyası fəaliyyətə görə təqiblər, işsizlik, kirayələrdə yaşamaq və s.

–  Belə görünür ki, ömrünüz rəvan bir həyat yolu, rahatlıqla keçməyib. Bu, yalnız fərdi qayğılara görə deyil, paralel olaraq ölkəmizdə baş verən xalq hərəkatı, Qarabağ konflikti, keçid dövrlərinin yaratdığı saysız-hesabsız sosial problemlərdən dolayı yaranan qayğılarla da müşayiət olunub. Sosial çətinliklər sizi ictimai-siyasi fəaliyyətdən bezdiribmi bu illərdə? 

– Yox bezməmişəm. Amma geriyə boylananda ğörürsən kı, biz hələ də arzuladığımız sosial ədalətlı cəmiyyəti tam formalaşdıra bilməmişik. Güclü islahatlara ehtiyac var. Amma xalq hərakatında iştirak etmək şərəfli, həm də qürürverici andır. Təbii ki itkilərimiz çox olub. Amma qazandığımız müstəqillik hər şeydən üstündür. Siyası fəaliyyətə görə daima təqib olunmuşuq, dəfələrlə işdən çıxarılmışıq, tanıdığımız insanlar bizlərə salam verəndə də qorxurdular ki, birdən görən olar. Elə hallar olub kı, bəzən evdə yeməyə yavan çörəkdən başqa heç nə olmayıb. Normal demokratik cəmiyyətlərdə siyası fəaliyyətlə məşğul olmaq qürurvericidi. Amma köhnə postsovet məkanında, avtoritar rejimlərdə bu iş müşkülə çevrilir. Üstəlik müstəqilliyimizin dadını təzəcə çıxarmağa başlamışdıq kı, Qarabağ konflkti başladı. Əhalı yurd-yuvasından qovuldu. Rusların himayəsində olan erməni dığaları dinc əhalıni qırıb mədəni abidələrimizi məhv edirdilər. Özlərini demokrat adlandıran ölkələr seyrçi mövqe tururdular. Meydanda dövlətimiz tək qalmışdı. Amma, şükür allahın birliyinə kı, biz 30 ilə yaxın işğal altında olan torpaqlarımızın xeylı hissəsini azad edə bildik. Məkrli düşməni qüdrətlı ordumuz diz çökdürdü. İnanıram kı, şanlı ordumuz bir gün gələcək üçrənglı bayrağımızı Xankəndində də dalğalandıracaq. İndi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq abadlıq işləri gedir. Yaxın zamanda insanlar öz dədə-baba yurdlarına qayıdacaqlar. Buna çox sevinirəm.

– Hesabat sırasında mütləq bu amili də soruşmalıyıq. Həyatda istədiklərinizə nə dərəcədə nail ola bilmisiniz? Taleyin verdiklərindən razısınızmı?

-İçtimai-siyası fəal kimi deyə bilərəm kı, ən böyük arzumuz olan müstəqilliyimiz bərpa olundu və biz təqib-təzyiqlərə baxmayaraq öz müstəqilliyimizi qoruyub saxlaya bilmişik. Siyası sistemdə və idarəçilikdə müəyyən problemlər var. Düşünürəm kı, başlanan islahatların nəticəsi olaraq idarəetmədə və kadrların seçilib təyin edilməsində də dəyişkənliyin şahıdı olacağıq. Hesab edirəm kı, yeni təyin olunan kadrlar təkcə Avropa təhsillilərdən deyil, paralel olaraq milli ruhlu insanlardan da seçilməlidir. Bu, çox vacib amildir. Milli ruhlu insanlar heç zaman 5-ci kolona çevrilib korrupsioner ola bilməzlər.

Şəxsi mənada isə sükürlər olsun Allahıma iki övladım var. Hər ikisi alı təhsilli təhsil işçiləridir. Özləri öz ayaqları üzərində dura bilir, vətənpərvər və savadlı kadrlardı. Dörd nəvəm var. Əsas odur kı, həm övladlarım, həm də nəvələrim fiziki baxımdan sağlam, mənəvi cəhətdən zəngin insanlardı. Təbi kı, itirdiklərimiz də olub.

İtirdiklərinizlə qazandıqlarınızı müqayisə etsək tərəzinin hansı gözü daha ağır gələr?

– Şəxsi və maddi baxımdan itirdiklərim çoxdu. Amma geniş anlamda təbii kı, qazandıqlarım çoxdu. Müstəqil dövlət qurmuşuq və bü gün də müstəqilliyimizi qoruyub saxlamışıq. Bundan da böyük xoşbəxtlik nə ola bilər kı?!

– Demokratiyanın və Milli Dəyərlərin Təbliği işləri ilə məşğul olan qeyri-hökumət təşkilatındakı gördüyünüz işləri də qısaca olsa analiz etməyinizi istərdik. Məlumatımızca, bu istiqamətdəki  fəaliyyətinizi əsasən gənc nəslə, xüsusilə hələ şagird partası arxasında əyləşənlərə vətənpərvərlik təbliğatı aparmağa fokuslamısınız…

– Demokratiyanın və Milli Dəyərlərin Təbliği İçtimai Birliyi fəaliyyət göstərdiyi müddətdə gənclərin maariflənməsi, təhsili, sağlamlıqı,  onlara vətənpərvərliyin təbliği sahəsində uğurlu nəticələrə nail olmuşuq. Hal-hazırda Zəfər Tarixinin gənclər arasında təbliği, erməni işğalı zamanı maddi və mədəni abidələrimizə dəymiş ziyan haqqında maariflənmə işi aparırıq .

Mövzunun ana xəttini istisnasız olaraq vətənpərvərliyin təbliği təşkil edir. Konkret məqsədlərə gəlincə isə  onun həyata keçirilməsindən əsas məqsədimiz Zəfər tariximizin təfsilatlı şəkildə orta məktəb şagirdləri və digər yaş qrupundan olan vətəndaşlarımızın şüurunda daha da möhkəmlənməsinə nail olunması, yanaşı olaraq yüksək intellektual potensiallı Azərbaycan gəncliyinin yetişdirilməsi prosesinə təkan vermək, vətənpərvərlik ideologiyasından istifadə etməklə daxili aləmlərində böyük yaradıcı potensialları gizlənən şagirdlərin fitri qabiliyyətlərinin üzə çıxarılması üçün münbit şəraitin yaranmasında vasitəçi olmaq, eləcə də innovativ resurslardan istifadə edərək haqq işimizi, Qarabağdakı Zəfərimizi və bu zəfəri zərurətə çevirən amilləri faktların dili ilə ölkəmizdə və dünya arenasında müdafiə edə biləcək Azərbaycan vətəndaşlarının yetişdirilməsi prosesinin bilavasitə iştirakçısı olmaqdan ibarətdir.

– Əli müəllim, nə qədər ictimaiyyətçi, siyasətçi olsa da, hər bir insan – ailə məsuliyyəti hissinin nə demək olduğunu dərk edən hər bir azərbaycanlı mənzilinə daxil olduğu andan bir ailə təəssübkeşidi. Əslində, zamanla deyildiyi kimi, həyat da, fəaliyyət də, Vətən də, yurd da evdən, ailədən başlayır. Ailəsini, keçmişini, övladlarını sevməyən kimsədən vətənpərvər insan ola bilməz. Bunlar zəncirin biri digərini tamamlayan ayrılmaz həlqələridir. Ailəniz, övladlarınız, nəvələriniz haqqında da danışmağınızı istərdik. Bu da bir hesabatdır ha…

– Mübarizəyə qoşulduğum, ideal bildiyim, uğrunda mübarizə apardığım bütün məsələlərdə həyat yoldaşım və övladlarım hər zaman yanımda olub və mənə mənəvi cəhətdən dəstək olublar. İki öğlum var. Hər ikisi də alı təhsilli pedoqji işçılər olmaqla yanaşı vətənpərvər, əxlaqlı insanlardı. Böyük-kiçiyin yerini bilən, adət-ənənələrimizə hörmətlə yanaşan dürüst vətəndaşdılar. Bir daha deyirəm, şükürlər olsun Allahıma ki, mənə belə övladlar bəxş edib. Onları dünyaya gətirən, həm təhsilləri, həm də tərbiyələrilə məsqul olan analarına borcluyam. Hələ kı, dörd nəvəm var. Yəqin kı, nəvələrimin sayıda artar inşallah. İnanıram ki, düzgün tərbiyə əsasında onlar da həm babalarının, həm də atalarının yolları ilə gedib əxlaqlı, vətənpərvər bir şəxsiyyət kimi formalaşacaqlar.

– Sonda hesabatdan bir az kənar – gələcəkdəki Əli Cəfərova və gələcəkdəki Azərbaycanımıza arzularınızı bilmək maraqlı olardı.

– Çox maraqlı sualdı. Gələcəkdəkı Azərbaycanımıza qüdrətlı bir Türk dövlətinə cevrilməyi, üçrəngli bayrağımızı Xanın kəndində dalğalandırmağı, Türk dövlətlərinin və toplumlarının mərkəzinə çevrilməyi və dövlətin idarə edilməsində milli ruhlu kadrların yetişdirilərək üzə çıxmasını arzulayıram.

Özümə isə can sağlığı və dözüm arzulayıram.

TİA.AZ