Azərbaycan mədəniyyətinin təbliği on-line resurslarda aparılacaq

"İnnovasiyalara və İnkişafa Dəstək" İctimai Birliyi fevral ayından “Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı saytın hazırlanması” layihəsinin icrası ilə bağlı fəaliyyətinə başlamışdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Açıklama yok.

Layihənin məqsədi müasir informasiya texnologiyalarından bəhrələnməklə Azərbaycanın maddi və mənəvi mədəniyyət nümunələrinin təbliğini təşkil etməkdir. İctimai Birlik layihənin icrası ilə Azərbaycan mədəniyyətinin zənginliyini təqdim etməklə cəmiyyətin özünə inamını və özünə güvənini artırmağı, Azərbaycan mədəniyyətinin zənginliyini təbliğ etməklə dünya xalqları arasında azərbaycanlılara qarşı yüksək hörmət və ehtiram formalaşdırmağı, Azərbaycan mədəniyyətinin öyrənilməsinə əlçatanlığın təmin edilməsini, işğaldan azad olunmuş ərazilərdə dağıdılmış maddi-mənəvi, mədəni dəyərlərimizin təbliğinə ayırıca yer verilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur.

Bunun üçün hamının əlinin çatdığı on-line resurslardan istifadə edilməsi nəzərdə tutulub. Belə ki, layihə çərçivəsində azərbaycan və ingilis dillərində saytın yaradılması, zəngin mədəni dəyərlərimizin burada təbliğ olunması planlaşdırılıb.

Bundan başqa Azərbaycan mədəniyyətinin təbliğində informasiya texnologiyalarından istifadənin üstünlükləri və vətəndaşın üzərinə düşən vəzifələrlə bağlı iki məqalə hazırlanaraq saytlarda yerləşdiriləcək.