Ukraynada hədəfinə çata bilməyən Putindən qorxunc qərar... – Şok iddia

Rusiya-Ukrayna müharibəsi üçüncü gündür davam edir. Ukraynalılar öz ordularını dəstəkləməyə və Rusiya qüvvələrinə müqavimət göstərməyə çalışarkən Qərbdən qorxunc xəbərdarlıq gəlib.

Ilkxeber.org  xarici KİV-ə istinadən xəbər verir ki, Qərb mənbələri Putinin Ukraynanın şiddətli müqavimətindən sonra yeni qərar verdiyini və buna uyğun olaraq ölkəyə dağıdıcı termobarik raketlərin atılacağını iddia edirlər.

Vakuum bombaları kimi də tanınan termobarik böyük dağıntılara səbəb olan güclü partlayıcılardır. Cəsədləri buxarlandıra, daxili orqanları əzə və şəhərləri xarabalığa çevirə bilən vakuum bombaları indiyə qədər inkişaf etdirilmiş ən güclü qeyri-nüvə silahlarındandır.

Termobarik raketlərdə yanacaq və kimyəvi maddələrin partlayıcı qarışığı var.

Adı açıqlanmayan bir amerikalı rəsmi binaları darmadağın edə bilən və səsdən sürətli partlayış dalğaları yayan silahın kütləvi qırğınlara səbəb olacağını söyləyib: “Rusiya hüququn aliliyi prinsiplərinə əməl etmir”.

Rusiyanın “Tos-1” çoxlüləli reaktiv yaylım atəş sisteminin hələ istifadə olunmadığı, ancaq Ukraynaya göndərildiyi deyilib. Moskva onlardan əvvəllər Çeçenistan və Suriyada istifadə edib.