Putinin hücumu: Əgər Putin qalib gəlsə...

Putinin addımları hər şeyi dəyişdirdi. 1945-ci ildən bəri Avropa qitəsində ən ciddi böhran baş verdi.

İlkxeber.org  xəbər verir ki, bu sözləri Polşanın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Voyçek Kononçuk deyib.

Söhbət təkcə Ukraynadan deyil, Sovet İttifaqının dağılmasından sonra yaradılmış beynəlxalq status-kvonun dəyişdirilməsindən gedir. Əgər Putin qalib gəlsə, təkcə Ukrayna deyil, bütün Avropa özünü tamamilə yeni reallıqda tapacaq. Bu, risklərin çox yüksək olduğu bir münaqişədir”, - deyə ekspert bildirib.