Ukrayna müharibəsi dünyaya yeni iqtisadi və siyasi böhran vəd edir

Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci günü yekunlaşır. Rusiya ordu birlikləri 4 istiqamətdən Ukrayna ərazisinə hücuma keçib. Ruslar hücum əməliyyatını xüsusi taktika ilə aparır. Ordu iri şəhərləri deyil, daha çox strateji əhəmiyyətli obyektləri, o cümlədən hava, dəniz limanlarını, hərbi təyinatlı obyektləri, yolları nəzarətə götürür.

Şimaldan hücum edən qüvvələr Kiyev vilayətinə daxil olub. Son məlumatlarda artıq Kiyevin kənar ərazilərinə rus hərbi qüvvələrinin daxil olduğu bildirilir.

Ancaq eyni zamanda Ukrayna ordusu tədricən özünə gəlir və müdafiə imkanlarının yüksək olduğu ərazilərdə rus ordusuna cavab zərbələri endirir. Ancaq Kiyevin ələ keçirilməsi müharibənin mənzərəsini tamamilə dəyişə bilər. Paytaxtın ələ keçməsindən sonra Ukrayna qüvvələrinin mütəşəkkil müdafiə qabiliyyəti zəifləyəcək, daha çox partizan müharibəsi formasına keçə bilər. Bu səbəbdən də hər şey böyük ölçüdə Kiyevin necə qorunmasından asılı olacaq. Cəbhə xəbərləri isə həddən artıq çox və qarışıqdır.

Son dakika: Kiev'in batısı tamamen kuşatıldı - odakhaber.com

Qərb ölkələri isə Ukraynaya əsgər göndərməsələr də Rusiyaya qarşı yeni sanksiyalar tətbiqinə davam edirlər. ABŞ və Avropa ölkələri Rusiyanın bu ölkələrdəki bank aktivlərini, bir çox şirkət və rəsmi şəxslərinin hesablarını bloklayıb. Ancaq sanksiyaların daha da artacağı və görünməmiş səviyyəyə çatacağı vəd edilir.

Azərbaycanın neft-qaz sənayesi: Hasilat, emal, ixrac - İCMAL

Məsələ ondadır ki, bundan əvvəl Rusiyanın 2008-ci ildə Gürcüstana hücumu, 2014-cü ildə isə Ukraynada böhran, Krımın işğalı sonrası dünyada dərin enerji və iqtisadi böhran yaratdı. Tətbiq olunan sanksiyalar birjaları çökdürdü. Ötən iki müharibənin təcrübəsi və hazırda tətbiq olunan sanksiyalar onu deməyə əsas verir ki, qarşıda daha böyük və ağır nəticə verən böhranlar baş verə bilər.

Düzdür, ilk vaxtlarda neft qiymətlərinin bahalaşması (Neftin tarix boyu ən baha satıldığı dövr 2008-ci ilin avqustu, yəni Gürcüstan müharibəsi zamanı olub – K.R.) Azərbaycan üçün digər neft ölkələri kimi faydalı görünə bilər. Amma həm 2008, həm də 2014-cü il ölkəmiz üçün də xoş olmayan hadisələrə səbəb olmuşdu. Bu mənada Rusiyanın işğal müharibələri zamanı tətbiq olunan embarqolar həm də özü ilə ciddi böhran riski yaradır. Bunlara hazırlıqlı olmaq lazımdır.

Rusiyaya hansı sanksiyalar tətbiq oluna bilər?

Yeri gəlmişkən, bu böhran ən çox yaxın region ölkələrinə təsir edə bilər. Məsələn, Türkiyədə ekspertlər artıq ciddi həyəcan siqnalı çalırlar. Söhbət ölkə üçün iki həyati əhəmiyyətli mövzudan – enerji qiymətləri və turizm sektorunu gözləyən riskdən - gedir. Məsələ burasındadır ki, neft və qaz qiymətlərinin bahalaşması, üstəlik müharibə və onun gətirəcəyi sanksiyalar Türkiyədə enerji daşıyıcılarının onsuz da baha olan qiymətlərinin daha da artmasına səbəb ola bilər.

İkinci ciddi təhdid isə turizm sektoru üçündür. Türkiyə iqtisadiyyatının əsas gəlir sahələrindən olan turizmi belə bir risk gözləyir. Məsələ ondadır ki, Türkiyəyə gələn xarici turistlərin 27 faizini ruslar və ukraynalılar təşkil edir. Turist axının pik ili hesab olunan 2019-cu ildə Türkiyəyə 7 milyon Rusiya və 1,5 milyon Ukrayna vətəndaşı gəlib.

2021-ci ildə isə Türkiyəyə Rusiyadan 4,6, Ukraynadan isə 2 milyon turist gəlib. Bu, ümumi turist sayının 27 faizi və 19,2 milyard dollar qazanc deməkdir. Bu il isə Türkiyə turizm gəlirlərinin 25 milyard olacağını proqnozlaşdırılır.

Artan maaş, enişə üz tutan lirə - Türkiyə iqtisadiyyatı hara gedir?

Ancaq müharibə turist sayına ciddi təsir edəcək. Və Türkiyə turizm gəlirlərinin mühüm bir hissəsindən məhrum ola bilər. Bura müharibənin səbəb olacağı sanksiya və iqtisadi embarqoların zərərlərini də əlavə etsək, o zaman zərərin nəticələrini təsəvvür etmək olar.

Oxşar təhlükə Azərbaycanı da gözləyir. Azərbaycan embarqo və beynəlxalq iqtisadi böhrandan zərər görməklə yanaşı müharibə nəticəsində Ukrayna ilə enerji və ticarət tərəfdaşlığına ciddi zərər dəyə bilər ki, bu da ölkə iqtisadiyyatı üçün böyük itkilərlə nəticələnə bilər.

Başqa sözlə Ukrayna müharibəsinin daha böyük əks-sədası qarşıdakı dövrdə yayılacaq. Və yəqin ki, yalnız Rusiyanı deyil, dünyanın bir çox ölkələrini “vuracaq”.

Ukrayna ordusu Rusiya ilə sərhəddə təlimlər keçirəcək

Ukrayna müharibəsinin daha bir “ölümcül” zərbəsi beynəlxalq münasibətlər sisteminə dəydi. Məlum olduğu kimi, hazırda mövcud olan beynəlxalq münasibətlər sistemi II Dünya müharibəsindən sonra hazırkı Rusiyanın sələfi SSRİ-nin də iştirakı ilə yaradılıb. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri də Rusiyadır. Lakin artıq bu sistem işləmir. Mövcud beynəlxalq münasibətlər sistemi iflic olub.

Amma bu proses indi və yalnız Rusiya tərəfindən başladılmayıb. Artıq uzun illərdir ki, dünyanın güclü dövlətləri mübahisəli məsələləri BMT və beynəlxalq hüquq çərçivəsində həll etmir. BMT artıq siyasi məşvərət orqanı kimi fəaliyyət göstərir. Güclü dövlətlər isə mübahisəli mövzuları silah və hərbi güc tətbiq etməklə həll edirlər.

1632141938_modern.az_bmt_651.jpg (184 KB)

BMT-nin yarandığı gündən bu yana İsrail-Fələstin münaqişəsi ilə bağlı qəbul etdiyi onlarla qətnamənin icra olunmamış qalması, hətta Ermənistan kimi kiçik ölkələrin BMT sənədlərini icra etməkdən imtina etməsi nəticədə dünyada hazırkı vəziyyətin yaranmasına səbəb oldu.

Son hadisələr göstərir ki, dünyanda sülh və sabitlik üçün daha ədalətli və effektiv formatlar tapılmalıdır. Mövcud sistemlər artıq işləmir.