Ersin Tatardan Ukrayna açıqlaması: "Qərb Rusiyaya faktiki olaraq, "dur" demədi"

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatarın sədrliyi ilə Ali Koordinasiya Şurasının toplantısı keçirilib. 

İlkxeber.org bildirir ki, Prezident Adminstrasiyasında keçirilən toplantıda ölkə gündəmindəki son hadisələrlə yanaşı, regionda baş verənlər müzakirə edilib. 

Ersin Tatar toplantıdan sonra verdiyi açıqlamada toplantıda bölgədəki son hadisələri və Ukrayna-Rusiya müharibəsini dəyərləndirdiklərini bildirib. 

Dünyanın gündəminin Ukrayna ilə Rusiya arasında səhər saatlarında başlayan müharibə olduğunu və bununla yanaşı neft qiymətlərinin artdığını və valyutada da artım olduğunu ifadə edən Tatar, bütün bu hadisələri və onların ölkəyə necə təsir edə biləcəyini qeyd edib. 

Türkiyə Cümhuriyyətinin dəyərləndirmələrini izlədiklərini ifadə edən prezident, iclasda müharibənin KKTC və bütün adaya nələr gətirə biləcəyini müzakirə etdiklərini və arzularının bu böhranın sona çatması olduğunu söyləyib. 

Böhranın aşılmasını, bitməsini və normal həyata qayıtmasını arzuladığını ifadə edən Tatar, müharibənin ölkəyə ən böyük təsirinin iqtisadiyyat baxımından olacağını qeyd edib. 

Kıbrıs türklərinin 1960-cı il müqavilələrindən irəli gələn suverenlik hüquqlarına diqqət çəkən Ersin Tatar Türkiyənin 1960-cı ildə qurulan tərəfdaşlıq cümhuriyyətinin 3 qarantından biri olduğunu və Türkiyənin qarantörlüyündə KKTC-nin hüquq və mənafelərini müdafiə etdiyini xatırladıb, Kıbrıs Türk xalqının sabitlik və təhlükəsizlik içində yaşaması üçün mübarizə apardıqlarını vurğulayıb.

İki suveren bərabərhüquqlu dövlət arasında əməkdaşlıq, ədalətli, daimi və davamlı razılaşmanın vacibliyini qeyd edən Tatar, Rusiyanın Ukraynaya hücumuna diqqət çəkərək, NATO, AB və ABŞ-ın gözü önündə Rusiyanın Ukraynaya hücum etdiyini söyləyib və qeyd edib ki, ABŞ, NATO və Aİ sanksiyalardan başqa Rusiyaya faktiki olaraq, “dur” deməyib.