"Azərbaycan-Almaniya əməkdaşlığı dinamik inkişaf yolu keçib"

Azərbaycan-Almaniya əməkdaşlığı dinamik inkişaf yolu keçib.Bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter hesabında Almaniya ilə diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olması münasibətilə paylaşımında yer alıb.

Paylaşımda deyilir:

“Bu gün Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu illər ərzində qarşılıqlı faydalı əməkdaşlığımız dinamik inkişaf yolu keçib”.