Partiya sədri: "Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasında təmsil olunması özü bir nonsesdir"

"Elmlər Akademiyasının Prezidenti olduqdan sonra xalq arasında “atvyorka Ramiz” kimi tanınan Ramiz Mehdiyev növbəti siyasi açıqlaması ilə dövlətçilik və elmdən nə qədər uzaq olduğunu bir daha təsdiq etdi". Bu fikirləri İlkxeber.org-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli AMEA-nın prezidenti R.Mehdiyevin adından yayılan açıqlamaya münasibət bildirərkən söyləyib.

Partiya sədri qeyd edib ki, R.Mehdiyev son açıqlaması ilə indiyə qədər üstüörtülü şəkildə yeritdiyi intiriqalı siyasəti artıq açıq müstəviyə keçirərək cəmiyyətə və xalqa elan edir. Belə ki, R.Mehdiyev uzun müddət Azərbaycanın dövlət yerarxiyasındə ən yüksək vəzifələrdən birini tutub, icra hakimiyyəti sistemində faktiki 2-ci şəxs olub, qapalı bürökratik dövlət aparatının formalaşdırılması bilavasitə onun rəhbərliyi ilə olub. Məhz onun icra hakimiyyəti sistemində faktiki 2-ci şəxs olduğu dövr seçkilərin nəticələrinin kütləvi saxtalaşdırıldığı, korrupsiyanın tüğyan etdiyi, məmur oliqarxiyasının və özbaşınalığının  pik həddinə çatdığı vaxtlar olub.  Hazırda onun yaratdığı qapalı bürökratik sistemin demontajı gedir. Görünür yaradılmasına bilavasitə rəhbərlik etdiyi və uzun müddət başında durduğu sistemin dağıdılması prosesinin başlanması ona çox pis təsir etdiyindən belə əsəbi açıqlamalarla çıxış edir.
Konkret olaraq müxalifətin ünvanına səsləndirdiyi ifadələrə gəldikdə isə Q.Əlibəyli bildirib ki, “söyüş və fit müxalifəti” kimi tanınan məlum düşərgənin leksikonuna aid olan ifadələrdən istifadə etməklə R.Mehdiyev həmin düşərgəyə yarınmaq, sonrakı intiriqalarında onlardan istifadə etmək istəyir. Ola bilsin ki, akademik həmin duşərgənin formalaşdırılmasına da bilavasitə rəhbərlik edib və indi onlardan kömək umur. Belə bir adamın AMEA-na rəhbərlik etməsi, eyni zamanda bir fərd olaraq dövlətimizin Təhlükəsizlik Şurasında təmsil olunması özü bir nonsesdir – deyə partiya sədri öz fikrini yekunlaşdırıb.