Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdan Şəmkir polisinə yeni TƏYİNAT

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şəmkir rayon Polis Şöbəsinin Post-patrul bölüyünə komandir müavini təyin olunub.

BAKU.WS-in yerli bürosunun əldə etdiyi məlumata görə, polis baş leytenantı Salmanzadə İsmayıl Cümşüd oğlu sözügedən vəzifəni icra edəcək.

O, daha öncə Şəmkir rayon PŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışıb.