"Ziyalı Ocağı" İctimai Birliyi yeni layihəyə start verdi

"Ziyalı Ocağı" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə -“Erməni vandallarının Azərbaycan ərazilərində törətdiyi cinayət əməllərinin ifşa olunması istiqamətində təbliğat və təşviqat işinin təşkili” layihəsinə start verib. 

Layihənin rəhbəri, "Ziyalı Ocağı" İctimai Birliyinin sədri İlahə Əliyeva İlkxeber.org-a bildirib ki, layihə çərçivəsində müxtəlif səpgili tədbirlər reallaşdırılacaq. Tədbirlər Bakı, Abşeron, Sumqayıt, Gəncə şəhərlərində həyata keçiriləcək. 

O qeyd edib ki, tədbirlərdə tarixi Azərbaycan torpaqlarında silsiləli şəkillərdə soyqırımlar aparan məkrli qonşumuzun-işğalçı Ermənistanın yürütdüyü mənfur siyasətin iç üzü bir daha açılacaq: "Xalqımıza qarşı törədilən bu çirkin, məkrli oyunların geniş ictimaiyyət arasında təbliğ olunması qarşımıza qoyduğumuz ən önəmli məsələlərdən biridir. Azğın düşmənin əsl üzünün tanıdılması və geniş arenada təbliği mütləqdir. Birliyimiz daim bu məsələnin gündəmdə saxlanılmasına çalışacaq. Erməni vandallarının dinc sakinlərə qarşı törətdiyi müharibə cinayətlərini yerli və beynəlxalq iştirakçıların qarşısında ifşa edəcək".