Ərdoğanla Zelenski birgə mətbuat konfransı keçirdi VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında təkbətək görüş başa çatıb. 

Musavat.com xəbər verir ki, tərəflər Ukrayna Prezidentinin Kiyevdəki Marinski sarayında bir araya gəliblər.

Bundan sonra dövlət başçıları birgə mətbuat konfransı keçiriblər.

Eyni zamanda iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 10-cu toplantısı olacaq.