Azərbaycanda günün koronavirus statistikası nə göstərir?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 624 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 min 145 nəfər müalicə olunaraq sağalıb, 8 min 510 nəfər vəfat edib, aktiv xəstə sayı 8 min 263 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 150, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 997 min 160 test aparılıb.

Son sutkada koronavirus əleyhinə 27 min 376 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 739, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 min 292 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 648 min 496, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 198 min 72, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 712 min 91, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 738 min 333 təşkil edir.

Virtualaz.org