Nazarbayevin qızı ölkədə baş verənlərdən yazdı

Ölkəmizdə baş verən faciəli hadisələri ürək ağrısı ilə yaşayıram. Qurbanlara və ölənlərə görə ağrı və təəssüf hissini ifadə etməyə söz tapmıram.

Ilkxeber.org xəbər verir ki, bunu Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayeva özünün Feysbuk səhifəsində yazıb.

“Hamımız üçün bu amansız dərs tariximizdə sonuncu olacaq. İnsanların sülh dövründə ölməsi düzgün deyil. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - Nazarbayeva bildirib.

Nazarbayeva atasını dəstəkləyən qazaxıstanlılara da təşəkkür edib:

“Atama verdiyiniz mənəvi dəstəyə görə təşəkkür edirəm. Bu günlərdə müxtəlif regionların sakinlərindən çoxlu mesajlar alır”.

Qeyd edək ki, Nazarbayevin kiçik qızı olan Aliyə biznes, ictimai fəaliyyət, xeyriyyəçilik və film prodüserliyi ilə məşğul olur. 2017-ci ildən Ekoloji Təşkilatlar Assosiasiyasına rəhbərlik edir.