Bakıda eşidilən partlayış səsinin səbəbi məlum oldu

Bu gün səhər saatlarında Bakının müxtəlif ərazilərində eşidilən partlayış səsinin səbəbi məlum olub.

Ilkxeber.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Report"a şəhər kənarında keçirilən hərbi təlimlərlə bağlı şəhərin bəzi ərazilərində gurultu və partlayış səslərinin eşidildiyi bildirilib.

"Bununla bağlı bildiririk ki, əhalinin narahatlığına heç bir əsas yoxdur", - məlumatda qeyd edilib.