Qalib ordunun Ali Baş Komandanı - TƏBRİK

Möhtərəm Prezident!

Cənab Ali Baş Komandanım!

Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə bundan sonra da uzun müddət doğma Azərbaycanımızın çiçəklənməsinə xidmət etməyiniz üçün sağlam və mənalı ömür arzulayıram. Qələbələriniz bol olsun!

Cənab Ali Baş Komandanım!

Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun göstərdiyi şücaət, işğal altında olan kəndlərimizin ildırım sürəti ilə azad olunması, cəbhə boyu düşmən əsgərlərinin vahimə içərisində ağlaya-ağlaya geri qaçması icimdə ölməkdə olan qürur və şərəf  hissini yenidən oyatdı. 30 ilə yaxın bir zaman kəsiyində canımız Azərbaycanın 20 faizi işğal altında qalmışdı. Orada yaşayan qardaş və bacılarımız Vətəndən Vətənə qaçqın kimi gəlmişdilər. Bunları görən, bunları yaşayan, qəlbində Vətən və Millət sevgisi olan bir insanın çiynindəki dərd yükü, onun ruhunu canından çoxdan ayırmışdı. Bizlərdə qalan isə sadəcə cismimiz idi. Mənim kimi milyonlarla həmvətənlərimin şəhid olmuş qardaş-bacılarının, qohumlarının, yaxınlarının narahat ruhları isə Qarabağ səmasında dolaşırdi. Düşmən isə Doğma Qarabağımızda heç bir hüquq normalarına və insanlığa sığmayan təxribat törədərək mülki əhalimizin yaşadıqları yerləri artileriya atəşinə tuturdu. Mülki əhalimiz arasında nə qədər ölən və yaralananlar oldu. Axrıncı Tovuz hadisələri göstərdi ki, Qarabağ probleminin bir həll yolu qalıb. O, da müharibə! Və cənab Ali Baş Komandanım, Pakistanın Prezidenti cənab Arif Alivnin dediyi kimi Siz vaxtı düz seçərək, dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlıların həsrətlə gözlədiyi əks-hücum əmrini verdiniz. Bu əmr Ruhumuzu Canımıza qaytarmaq əmri idi. Bu əmr MİLLİ MƏNİ, MİLLİ ÖZÜNÜDƏRKİ, MİLLİ ŞÜURU, MİLLİ YADDAŞI özümüzə qaytarmaq əmri idi. Sizin əks hücum əmrinizi qəhrəman Azərbaycan əsgəri şərəflə, ləyaqətlə, qeyrətlə yerinə yetirərək hər daşına, torpağına, ən xırda qum dənəsinə belə şəhid qanı axan Qarabağımızı azad etdi. Mənfur ermənilər bir şeyi unutmuşdular ki, «Qanla suvarılan torpaqda yetişən meyvənin adı intiqam olur». Bu şərq filosoflarından birinin fikirləridi. Bəli şəhid qanı tökülmüş bu torpağın intiqamı düşmən üçün çox ağır oldu. Və bunu qəhrəman Azərbaycan əsgərləri döyüş meydanlarında öz şücaətləri ilə sübut etdilər.

Əminəm ki, daha Ulu Öndərmizin də ruhu rahatdı. Çünki həyatı qədər sevdiyi Azərbaycanın işgal olunmuş əraziləri cəsur əsgərlərimiz tərəfindən azad olunub. Digər tərəfdən isə, onun tövsiyyə etdiyi və xalqımız tərəfindən yekdilliklə seçilən Prezidentimiz lazımı anında qətiyyətli addım atdı. 

Minnətdarıq Sizə Cənab Ali Baş Komandanım! Minnətdarıq ona görə ki, Siz bu əmrlə Xalqımın və Millətimin döyüş ruhunu özünə qaytardız. Bütün dünya azərbaycanlilarının həsrətlə gözlədiyi əks hücum əmrini verərək, doğma Qarabağımızı azad etməklə bir daha sübut etdiniz ki, SİZ dünyanın hansı nöqtəsində yaşamasına baxmayaraq bütün azərbaycanlıların Prezidentisiniz!

Bir daha Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, doğma Azərbaycanımızın inkişafı yolunda göstərdiyiniz çətin və çətin olduğu qədər də şərəfil olan xidmətinizdə uğurlar arzulayıram.

Tanrı Sizi qorusun!

Seymur Şeydayev,

ehtiyatda olan polkovnik