Putin və Makron Qarabağı müzakirə etdi

Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığı olub.

İlkxeber.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər regional məsələləri müzakirə ediblər.

Onlar Qarabağda vəziyyətin sabitləşməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.

“Prezidentlər, həmçinin Avropadakı sabitlik və təhlükəsizlik barədə danışıblar. Bu kontekstdə Rusiya və ABŞ arasında təhlükəsizlik təminatları haqqında müqavilə layihəsinə diqqət yetirilib. Vladimir Putin Rusiya diplomatiyasının bu mövzuda gördüyü işlər barədə məlumat verib”, - məlumatda bildirilir.