Kreml Putinlə Si Szinpin arasında görüş haqqında: “Fövqəladə dərəcədə vacibdir”

“Rusiya prezidenti Vladimir Putinlə Çin sədri Si Szinpi arasında videoformatda keçiriləcək sammit fövqəladə dərəcədə vacibdir”.

TASS xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, Rusiya və Çin beynəlxalq problemlər üzrə müttəfiqdirlər: “Görüşdə NATO və ABŞ-ın təcavüzkar ritorikası fonunda beynəlxalq məsələlər, habelə energetika sahəsinə dair problemlərin müzakirə olunacağı gözlənilir”.

Qeyd edək ki, Putinlə Si Szinpinin onlayın görüşü dekabrın 15-də keçiriləcək.