Putin SSRİ-nin dağılması haqda: "Bu, mənim üçün faciə idi"

Rusiya Prezidenti Vladimir Putin Sovetlər Birliyinin dağılmasını faciə hesab etdiyini açıqlayıb.

İlkxeber.org xəbər verir ki, bu barədə Putin televiziya proqramında danışarkən deyib.

“Sovetlər Birliyinin dağılması rusların çoxu kimi mənim üçün də faciə oldu. Birliyin dağılması nə demək idi: Bu Sovetlər Birliyi adı ilə tarixdəki Rusiyanın çöküşüdür”,- Prezident Putin deyib.

Putin 1990-cı illərdə parçalanmadan dərhal sonra ölkədə əslində vətəndaş müharibəsinin getdiyini, həm iqtisadiyyatın, həm təhlükəsizlik qüvvələrinin, həm də silahlı qüvvələrin qənaətbəxş səviyyədə olmadığını qeyd edib.

Bildirib ki, çox çətin durum vardı: “Söhbət ölkənin daxili vəziyyətindən, onu təşkil edən hər şeydən gedirdi. Söhbət həm də iqtisadiyyatdan, təhlükəsizlik qüvvələri və silahlı qüvvələrdən gedirdi. Bu, həm də ölkədə vətəndaş müharibəsini olması mövzusu ilə bağlı hal idi”.

O dövrdə ölkənin yüzdə 40-a yaxın ərazisinin, eyni zamanda istehsal gücü və əhalisinin eyni nisbətdə itirildiyini bildirən Putin qeyd edib ki, tamamilə fərqli bir ölkəyə çevrildik: “Min illərlə bir araya gətirilmiş hər şey əhəmiyyətli dərəcədə itirildi.