Dövlət Neft Fondunun 2022-ci il üzrə büdcə layihəsi Prezidentə təqdim olunub

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetindən Musavat.com-a verilən məlumata görə, Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və digər məsələlər müzakirə edilib.

Dövlət Neft Fondunun 2022-ci il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası