Yardımlıda İran-Azərbaycan yeni gömrük keçid məntəqəsi açıılacaq? - RƏSMİ CAVAB

Yardımlı rayonu ərazisində İran-Azərbaycan yeni gömrük keçid məntəqəsinin açılması ilə bağlı hal-hazırda layihəmiz yoxdur

İlkxeber.org Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

“Belə müzakirələr də getmir. Cənub istiqamətində, İranla bizim kifayət qədər qapımız var. Elə bir məsələ olarsa, hökumət səviyyəsində müzakirə olunur. Biz icraedici orqanıq. Hər hansı qaçaqmalçılıq faktı, yayınma hallarının qarşısının alınması məqsədilə elektron idarəatmə sistemləri, eletron ticarət bəyannamələri qəbul olunub.

Böyük bir baza yaranıb və həm ölkənin statistik bazası, eyni zamanda elektron ticarət dövriyyəsinin nə olduğunu biz nəzarətə götürə bilmişik”, - S. Mehdiyev deyib.