Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.
Musavat.com-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - nazirlikdən bildirilib.
© 2020 - Created by İLK XEBER.