Baş nazirdən qiymət artımına reaksiya: “Hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri...”

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən Baş nazir Əli Əsədov ölkədəkki qiymət artımından da bəhs edib.

Hökumət rəhbəri bildirib ki, pandemiya qlobal məkanda istehsal həcmlərinə mənfi təsir göstərib. “Beynəlxalq təşkilatlar qiymətlərin son 30 ildə ən yüksək həddə çatdığını qeyd edib. Bunun ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısının alınmasına, ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək”, - Ə.Əsədov deyib.

Baş nazir bildirib ki, qiymət artımı ilə əlaqədar hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək: “Süni qiymət artımının qarşısının alınması ilə bərabər, idxalın əvəzinə istehsalın artırılması nəzərdə tutulur”.

 E.Paşasoy,

Musavat.com