Van Hambarsumyan: “İlham Əliyev boş yerə söz demir”

“Azərbaycan prezidenti İlham Əliyev boş yerə söz demir”. Bunu erməni hərbi ekspert Van Hambarsumyan “Esse TV” YouTube kanalının efirində bildirib.

Verilişin aparıcısı Arman Qriqoryanla Zəngəzur dəhlizi mövzusuna toxunan Hambarsumyan bildirib ki, Azərbaycan istədiyini alacaq:

“Ermənistanda “dəhliz” yox, “yol” deyirlər. Sizə dedim ki, dəhliz istəyirlər. Azərbaycan prezidenti də bu barədə danışıb. Azərbaycan prezidenti isə, bildiyimiz kimi, boş yerə söz demir. Düzdür? Bilirsiniz, bu faktdır”, - Hambarsumyan qeyd edib.

Ekspert onu da əlavə edib ki, Ermənistanda belə rəhbərlik olanda Azərbaycanın silahlı qüvvələrə ehtiyacı yoxdur: “Bunlar lazımsız xərclərdir”.