Bu dövlət bayramları iş günüdür: Müstəqilliyin Bərpası Günü – 18 oktyabr; Konstitusiya Günü – 12 noyabr; Milli Dirçəliş Günü – 17 noyabr.
Əmək Məcəlləsinə görə, şənbə və bazar günləri ilə iş günü hesab olunmayan bayram günləri üst-üstə düşəndə həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
Yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Ümumxalq Hüzn Günüdür. Həmin gün iş günü deyil.
Sentyabrın 27-si Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Anım Günü kimi rəsmiləşib, iş günü sayılır.
© 2020 - Created by İLK XEBER.