Akif Təvəkküloğlu yeni vəzifəyə təyin olundu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub. Bununla bağlı konfederasiyanın sədri Səttar Möhbalıyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Akif Təvəkküloğlu (Nəsirli) qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib. 

Xatırladaq ki, A.Təvəkküloğlu uzun müddət AzTV-də çalışıb. Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Son təyinata qədər qanunverici orqanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bir müddət əvvəl vəfat edib.