Jurnalist Ceyhun Musaoğlu viran qalmış doğulduğu evdə dilə gəlməyən hisslər yaşadı - Video

Real TV Vətən müharibəsi nəticəsində Zəngilanın işğaldan azad olunduğu bir illik möhtəşəm tarixə həsr olunan bir-birindən maraqlı videosujetlər hazırlayır.

"Rupor" xəbər verir ki, növbəti çəkiliş adını çəkdiyimiz saytın baş redaktoru, Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlunun doğulduğu Zəngilandakı evindən reportaj hazırlayıb.

Reportajda jurnalist özü ermənilərin viran qoyduğu ata ocağının dağıdılmış daşları arasından keçirdiyi hissləri, yaşadığı təəssüratları bölüşür. Həmin videosujeti təqdim edirik.