Bakıda “Rebuild Karabakh” sərgisi keçirilir

20-22 oktyabr tarixlərində keçirilən “Rebuild Karabakh” -1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində Ukraynalı “Professor Katzenbax və Tərəfdaşları adlı Mühəndislik Şirkəti”, "Ukrayna İnşaat Mühəndislik və Texniki Axtarışlar İnstitutu", Azərbaycandakı tərəfdaşları Bakı Mühəndislik Universiteti və  “Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi” ilə birlikdə xüsusi stendlə iştirak edir.

Stenddə sərgi iştirakçılarına işğaldan azad edilmiş ərazilər üçün nəzərdə tutulan enerji layihələri, “yaşıl energetika”nın inkişafı imkanları, biometrik istilik sistemlərinin yaradılması, enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə əlaqədar görülə biləcək işlərin planı barədə məlumatlar verilir.

Xüsusi maraqla qarşılanan stend ətrafında əməkdaşlıqda maraqlı olan yerli və xarici iş adamlarının görüşü üçün müvafiq şərait yaradılıb, Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov təqdim edilən layihələrlə yaxından maraqlanıb.