Birinci sinif şagirdinin koronavirusdan ölməsinə münasibət

Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.

R.Quliyevin koronavirusa yoluxduğu barədə xəbər yayılıb.

Təhsil aldığı məktəbin rəhbərliyi isə buna rəsmi münasibət bildirməyib.

"Ilkxeber.org" xəbər verir ki, TƏBİB-dən Musavat.com-a şagirdin koronavirusdan vəfat etmədiyi bildirilib.

“K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan bildirilib ki, Renat Quliyev MisC xəstəliyindən vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub”.