Gürcüstanda seçki bitdi - "Gürcü Arzusu" qələbəni qeyd edir

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər üzrə səsvermə yekunlaşıb.

İlkxeber.org  xəbər verir ki, yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanıb.

Gürcüstanın "Gürcü Arzusu" Partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze yerli seçkilərdə qələbəsini qeyd edir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək seçicilərə təşəkkürünü bildirib: “Bu qələbə bütün Gürcüstana məxsusdur. Sabahdan inkişaf və sabitlik dövrü başlayır”.