Ərdoğan-Putin kritik görüşünün Qarabağa təsirləri - Politoloq Azad Məsiyev "CANLI"da

Sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Fransanın “France-24” (Frans-24) televiziya kanalına müsahibəsində bir sıra mühüm məqamlara bir daha aydınlıq gətirdi.

Dövlət başçısı həm Fransanın həmsədr ölkə kimi tutduğu mövqeni tənqid etdi, həm Qarabağda ermənilərə hər hansı muxtariyyat verilməyəcəyini növbəti dəfə bəyan etdi, o cümlədən hərbi əsirlərin artıq qaytarıldığını açıqladı. Deməli, nəinki “status”, heç muxtariyyat da olmayacaq?

Lavrov isə deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona işgüzar səfərlərin bərpa edir. Masada hansı şok razılaşma var ki, Azərbaycanın MQ-na olan qəzəbli tövrü dəyişir?

İran da Azərbaycanla bağlı hədələri artırıb. Preizdentin çıxışından sonra İrandan ölkəmizə təhdidlər başladı. Tehran Azərbaycanın Qərblə, İsraillə əməkdaşlığındanmı narahatdır, yoxsa bu “sionist rejiminin təzahürü” söhbəti sadəcə bəhanədir?

Yeri gəlmişkən, biz Rusiyanın “5-ci kolon”u haqda danışırıq, amma bəzi təhlilçilərin fikrincə, İranın Azərbaycandakı agentura şəbəkəsi daha mütəşəkkil və təhlükəlidir. Dövlət bu şəbəkəni kontrolda saxlayırmı?

Onlar kritik anda hansı problem yarada bilərlər? İrandan “Azərbaycanı qarışdırın” fətvası gələ bilərmi? Ölkəmizdə sabitliyi pozmaq gücündədirlərmi?
Bu gün TVMusavatın 16:15-də canlı yayınında bu suallara qonağımızla cavab tapmağa çalışacağıq. Eyni zamanda, Soçidə keçirilən Ərdoğan-Putin görüşü müzakirə masamızın ana mövzusu olacaq.

Belə ki, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev regiondakı dəyişiklikləri dəyərləndirib. 

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat