Deputatdan haqlı təklif: "Dağlıq Qarabağ" ifadəsi qanunlardan çıxarılsın

Böyük qayıdışa dair parlamentin üzərinə düşən mühüm vəzifələr var. Bizim Konstitusiyamızda "Dağlıq Qarabağ" ifadəsi yoxdur. Ancaq müvafiq qanunlar var ki, orada bu ifadə qalır. Onların dəyişdirilməsi əhəmiyyətlidir.

Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, parlament azad edilmiş ərazilərdə xidmət aparan şəxslərin sosial durumuna yenidən baxa bilər:

“Xahiş edirəm ki, bu məsələ nəzərə alınsın”.