VBP 27 sentyabr-Anım Günü ilə bağlı bəyanat verdi

Düz bir il öncə - 27 sentyabr 2020-ci ildə  Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  beynəlxalq hüququn tələblərinə uyğun olaraq son 30 ildə himayədarlarının dəstəyi ilə Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasətinə qarşı   Qurtuluş savaşına başladı.
BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılıq siyasətinə son verib, qoşunlarını işğal etdiyi Azərbaycan ərazisindən çıxarılması  barədə qəbul etdiyi 4 qətnaməni 28 il ərzində icra edə bilməməsi,  o cümlədən münaqişənin danışıqlar yolu ilə həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT Minsk qrupu üzərinə düşən vəzifəni yetirmək  əvəzinə ermənilərin işğalçılıq siyasətini möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti Azərbaycanı   problemi hərbi-siyasi yolla   həllinə vadar etdi. Nəticədə Azərbaycan BMT və ATƏT MQ-nin  28 ildə icra edə bilmədiyi məsələnin həllini öz üzərinə götürərək beynəlxalq hüququn tələblərinə uyğun olaraq münaqişəni  hərbi-siyasi yolla həll edib, ərazi bütövlüyünü təmin etdi.
Azərbaycan Ordusunun  “Dəmir yumurq” adı altında başlatdığı 44 günlük əks-hücum əməliyyatı nəticəsində Ermənistan ağır məğlubiyyətə düçar edilərək, kaputulyasiyaya vadar edildi. 10 noyabr 2020-ci ildə Rusiyanın  zəmanəti ilə  kapitulyasiya sənədi - atəşkəs razılaşması imzalamağa məcbur qaldı.
Artıq bir ildir ki,  30 ilə yaxın bir müddət ərzində işğal altında saxlanılaraq və talan edilən torpaqlarımızda Azərbaycan bayrağı dalğalanılır, yenidən bərpa olunan dövlət sərhədlərimizdə Azərbaycan əsgəri keşik çəkir, dağıdılmış və viran edilmiş yurd yerlərimizdə böyük tikinti-quruculuq işləri aparılır, dinc sakinlərin öz evlərinə rahat qayıdışı və yaşayışı üçün geniş təhlükəsizlik tədbirləri görülür.
Möhtəşəm Qələbənin əldə olunmasında  əsas yük və ağırlıq Azərbaycan  Ordusunun üzərinə düşsə də, bu böyük qələbə ölkədə yaradılmış ordu-xalq-hakimiyyət birliyili, həmrəyliyi müstəsna rol oynadı. Siyasi mövqeyindən və milli mənsubiyyətinidən asılı olmayaraq bütün vətəndaşlarımızın səmimi birliyi sayəsində, milli iradənin qətiyyətlə və böyük ruh yüksəkliyi ilə ortaya qoyulması hesabına əldə edildi.
Vətəndaş Birliyi Partiyası  bu qələbənin əldə edilməsində misilsiz şücaət və qəhrəmanlıqlar göstərmiş hərbçilərimizi, öz canını Vətənimizin azadlığı üçün qurban vermiş şəhidlərimizi, döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərimizi, eləcə də onların valideynlərini bu gün böyük minnətdarlıq, iftixar, qürur və hörmət hissiylə anaraq, bu şərəfli insanların xatirəsinin daim əziz tutulacağını bir daha bəyan edir.
Vətəndaş Birliyi Partiyası 30 illik işğala son qoyulmasında və son 200 illik tariximizdə belə bir şərəfli tarixin yazılmasında müstəsna xidməti olan, döyüş əməliyyatlarına düzgün və uğurla komandanlıq etdiyinə, Ordunu və cəmiyyəti vahid qüvvə şəklində bütövlükdə öz arxasınca səfərbər edib, məharətli bacarığına görə Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevə xüsusi təşəkkürünü bildirir.
Vətəndaş Birliyi Partiyası eyni zamanda beynəlxalq təşkilatları və dünya ölkələrini  Ermənistan-Azərbaycan münasibətlərində obyektiv olmağa, beynəlxalq hüquqa qaşı məsuliyyətli davranmağa səsləyərək, Ermənistanın bundan sonra hər hansı revanşist hərəkətlərinə  sərt reaksiya verməyə, Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin təmin edilib, sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaradılmasına çağırır!