Prezident İlham Əliyev: "Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb”

“Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq”.

Ilxeber.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Zəngilana dəmir yolu, avtomobil yolu çəkilir, hava limanı tikilir. Ona görə də hesab edirəm ki, 2 il ərzində öz torpaqlarımızdakı işləri görəcəyik.

Çünki burada işlərin həcmi çox böyükdür. Ermənistan ərazisində dəmir yolu və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu, 1 ilə 1,5 il ərzində edilə bilər. Biz bunu gözləyirik”, - Prezident vurğulayıb.