“ASAN Könüllüləri” Təşkilatı və Carlsberg Azerbaijan “Məsuliyyəli Sürücülük və Məsuliyyətli İstehlak” üzrə təbliğata başlayıb.

Ölkəmizdə məsuliyyətli sürücülük və məsuliyyətli istehlakın vacibliyini artırmaq
məqsədi ilə tədbir keçirilib. ASAN KönüllüləriTəşkilatının təşkilatçılığı ilə həyata
keçirilən tədbirdə Dövlət Yol Polisinin şöbə rəisi, polkovnik Vaqif Əsədov, Carlsberg
Azerbaijan Şirkətinin nümayəndələri və media nümayəndələri iştirak edib.

22 sentyabr 2021-ci il tarixində baş tutan tədbirdə məsuliyyəli sürücülük və məsuliyyətli
istehlak üzrə təşviqat fəaliyyətləri istiqamətində ASAN Könüllüləri Təşkilatı və
Carlsberg Azerbaijan şirkəti arasında uzunmüddətli əməkdaşlığa start verilib.
Əməkdaşlı çərçivəsində qeyd olunan istiqamətdə Bakı, Gəncə, Sumqayıt, Bərdə, Quba
regionlarında yaşayan vətəndaşlar arasında, eləcədə rəqəmsal mühitdə maarifləndimə
işləri və həmçinin ölkədə ilbəil məlumatlılıq səviyəsinin artımının ölçülməsi üçün sorğu
fəaliyətləri icra olunacaq. Tədbirdə ASAN Könüllüləri Təşkilatının sədri Emiliya
Bayramova və Carlsberg Azerbaijan şirkətinin korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə
Əfəndi iştirak etmişdir.

Görüşdə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova çıxış edərək
bildirmişdir: “Biz hər zaman “ASAN Könüllüləri” Təşkilatı olaraq könüllülərimizlə
birlikdə müxtəlif ekoloji, humanitar və sosial istiqamətlərdə tədbirlər və layihələr həyata
keçiririk. Bu gün son dövrlərdə artan nəqliyyat hadisələrinə diqqət cəlb etmək məqsədi
ilə bu tipli sosial maarifləndirmə tədbirlərinin icra edilməsini vacib hesab edirik.”

Carlsberg Azerbaijan şirkətinin korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi qeyd
etmişdir: “Bildiyiniz kimi Carlsberg Group məsuliyyətli istehlak məsələsinə böyük
diqqət ayırır və dünyada ən böyük pivə istehsalçıları ilə yanaşı GBRD (Global Beer
Responsibility Day) təşəbbüsündə yaxından iştirak edir. Bu təşəbbüs çərçivəsində
“Məsuliyyətli istehlak və Məsuliyyətli Sürücülük istiqamətində bir sıra layihələr
həyata keçirmişdir.

“ASAN Könüllüləri” Təşkilatı ilə isə mövcud olan ekoloji istiqamətlərdə
əməkdaşlığımızı yeni müstəviyə daşımaq və gənclər arasında məsuliyyətli istehlak
təbliğatına töhvə vermək arzusundayıq.”

Tədbirdə iştirak edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə yol təhlükəsizliyi hadisələrində baş verən
qəzaların səbəbinin içkili halda nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olduğunu
bildirmişdir. Xüsusilə bu istiqamətdə ölkəmizdə əhalini məlumatlılığının artırılmasına
ehtiyac olduğunu qeyd etmişdir.